04:06 Bazar Ertəsi, 26 Avqust 2019
SOSİAL

Azərbaycanda "saçaqlı pendir" sexi bu şəraitdə fəaliyyət göstərib - FOTOLAR

17:49, 18.07.20193926
Azərbaycanda
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, Bəciravan kəndi ərazisində antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb.
 
AQTA-dan AZXEBER.COM-a verilən məlumata görə, qanunsuz fəaliyyət göstərən sexə baxış zamanı məlum olub ki, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədən "saçaqlı pendir” istehsal olunur.
 
Sexdə heç bir soyuducu sistemdən istifadə edilmədiyi, istehsalatda laborator analiz, plasterilizasiya, dezinfeksiya, deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, qablaşdırılmanın düzgün aparılmadığı, pendirin antisanitar şəraitdə hazırlandıqdan sonra hisə verilərək satışa çıxarıldığı aşkar edilib.Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
 
 

 

 

 

 

XƏBƏR LENTİ