06:06 Bazar Ertəsi, 23 Iyul 2018
SOSİAL

Azərbaycanda tarixi məscid görün nə vəziyyətdə saxlanılır: “Bir gün eşidəcəksiniz ki, məscid uçub” (FOTOLAR)

14:14, 08.09.20171638
Azərbaycanda tarixi məscid görün nə vəziyyətdə saxlanılır: “Bir gün eşidəcəksiniz ki, məscid uçub” (FOTOLAR)

Qax rayonunun İlisu kəndində yerləşən tarixi məscid uçma təhlükəsi ilə üz-üzə qalıb.

AZXEBER.COM xəbər verir ki, rayonda 18-ci əsrə aid olan  və Mədəniyyət və Turizm Nazirliyinin "Ölkə əhəmiyyətli tarixi abidə” siyahısına əlavə etdiyi dövlət tərəfindən qorunan "Ulu Məscid” baxımsızlıqdan uçma təhlükəsi ilə üz-üzə qalıb.

Portalımızın əməkdaşı ilə söhbət edən kənd sakinlərinin sözlərinə görə, məscidə heç kim baş çəkmir. Yalnız kənd camaatının köməkliyi ilə məscidin uçmaması üçün tədbirlər görülür. Qış aylarında isə uçma təhlükəsi daha çox artır. Bu aylarda dam örtüyünün yararsız olması içəriyə kimi suyun dolmasına səbəb olur.  


Sakinlərin sözlərinə görə, bu günə kimi nə Qax Rayon İcra Hakimiyyətinin, nə də Mədəniyyət və Turizm nazirliyindən bir nəfər səlahiyyətli şəxs məscidə baş çəkməyib. Dəfələrlə baxımsız vəziyyətdə olan tarixi məscidin yenidən təmir edilməsi üçün müraciətlər olunsa da, bu müraciətlər nəticəsiz qalıb. Nəticədə hər iş kənd sakinlərinin üzərinə düşüb. Məhz bu səbəbdən bərbad vəziyyətdə olan tarixi abidənin uçması an məsələsidir. 









XƏBƏR LENTİ