Azərbaycanda teatrların açılması müzakirə olunur

MƏDƏNİYYƏT
13:58 18.09.2020
321
"Teatrların fəaliyyətinin ənənəvi qaydada davam etdirməsi məsələsi Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirə olunur". 

AZXEBER.COM xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Bu barədə qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hərtərəfli müzakirə olunandan sonra verilir. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də nəzərə alınır. Eyni zamanda ölkəmizdəki pandemiya dinamikası əsas götürülür. Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir",- A.Kərimov bildirib.

OXŞAR XƏBƏRLƏR