xari

Xalq artisti yubileyi günü infarkt keçirdi - Heç kimi tanımır

MƏDƏNİYYƏT
15:35 18.01.2021
1308
Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "ölkə.az"a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Ə.Vəliyev bildirib ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib:

"Hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Amma həkimlər əllərindən gələni edirlər".

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

OXŞAR XƏBƏRLƏR