“Azərbaycanın xal qazanmaması qəribə idi” - Zlatko Daliç

“Azərbaycanın xal qazanmaması qəribə idi” - Zlatko Daliç
İDMAN
22:55 09.09.2019
11903
AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə heç-heçə edən (1:1) Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan millisinin yaxşı komanda olduğunu bildirib.

- Matç barədə nə deyə bilərsiz?
- Azərbaycan millisini yaxşı performansa və xala görə təbrik edirəm. Oyuna istədiyimiz kimi başladıq, çoxlu qol imkanlarımız oldu. Erkən qol vurduq. Rəqibin qapıçısı əla performans göstərdi. İlk hissənin sonuna doğru həyəcanlanmağa başladıq. Fasilədən sonra rəqib daha yaxşı oynadı və qol vurdu. Bu, məyusedici nəticədi. Ancaq vəziyyəti qəbul etməli və növbəti matçlara hazırlaşmalıyıq.

- Ante Rebiç necə oynadı? Əvəzləmələri daha erkən edə bilməzdizmi?
- Əgər dəyişiklikləri tez etsəydik, nəticəyə təsir edə bilərdik. İlk hissədə Rebiçin iki qol şansı var idi. Onu əvəzləməyib, inandığımı göstərmək istədim. İkinci qolu vura bilmədik, Azərbaycan millisi isə yaxşı mübarizə aparıb, layiq olduğu qolu vurdu.

- Federasiya prezidenti Davor Şuker bildirib ki, İvan Rakitiç hələ hazır deyil, ancaq qısa zamanda millidə olmalıdı...
- Rakitiç çox yaxşı futbolçudu. Prezidentimizin dediyi sözlərə qatılıram.

- Azərbaycanlı futbolçuların Avropada legioner həyatı yaşamadığını görəndə təəccüblənmədiz ki?
- İlk oyunda görmüşdük ki, Azərbaycan çox yaxşı komandadı. Digər komandalardan xal alacaqlarına inanırdım. Azərbaycanın xal qazanmaması qəribə idi. Bu gün yaxşı motivasiyalı, aqressiv oynadılar. Onlar hər halda burda xoşbəxtdilər, ona görə də xaricə getmirlər.

- Xorvatiya yığması "Bakcell Arena”da ikinci dəfə xal itirir. Bu stadionu sizin komanda üçün cəhənnəm adlandırmaq olarmı?
- Düşünmürəm ki, hansısa stadion cəhənnəmdi. Sadəcə , şanslardan istifadə etmək lazımdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub