Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi

Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
SOSİAL
21:02 15.07.2025
1168
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "İşğaldan azad edilmiş ərazilərdə analarla iş" layihəsi çərçivəsində Laçın, Zəngilan və Cəbrayıl rayonlarında nəzərdə tutulan təlimlər keçirilməyə başlayıb. 
 
AZXEBER.COM xəbər verir ki, layihənin əsas məqsədi post-münaqişə dövründə bölgədə yaşayan anaların psixoloji dayanıqlığını artırmaq, ailə və icma içində onların rolunu gücləndirmək və məktəbəqədər yaşlı uşaqların inkişafında anaların iştirakını stimullaşdırmaq olub.

İlk iki təlim 12 iyul tarixində Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilib. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədainin verdiyi məlumata görə, təlimdə Laçına yeni köç edən analar və onların övladları iştirak edib. Təlim çərçivəsində valideynlərə aşağıdakı istiqamətlər üzrə praktik bilik və bacarıqlar təqdim edilib:

* Məktəbəqədər yaşlı uşaqların inkişafında ana rolunun gücləndirilməsi;
* Post-münaqişə dövründə psixoloji dayanıqlıq və emosional dəstək;
* Analar üçün stressin idarə olunması və psixoloji sağlamlığın qorunması;
* Sağlam ailə mühitinin yaradılması: milli dəyərlər və mənəvi inkişaf;
* Ailə və icma əlaqələrinin gücləndirilməsi;
* Məktəbəqədər təhsil modellərinin inkişafı və onların icmalarda tətbiqi.

Keçirilən təlimdə qadınlar həm nəzəri bilgilərlə tanış olub, həm də interaktiv məşğələlər vasitəsilə öz təcrübələrini bölüşərək bir-birlərindən öyrənmək imkanı qazanıblar.

Məktəbəqədər yaşlı və məktəbli uşaqlar üçün təşkil edilən hərəkətli oyunun əsas xüsusiyyətləri isə məkan və hərəkət azadlığı verib, uşağın enerjisini müsbət şəkildə yönləndirib. Keçirilən sessiya uşaqların, həmçinin, sosial və emosional bacarıqlarını inkişaf etdirərək, əməkdaşlıq, nizam-intizam qaydalarına əməl etməyi öyrədib. Rəsm terapiya isə uşaqlarda şüuraltını, qorxu və travmalarını rahatlıqla ifadə etməyə və ailədaxili konfliktlərin həllinə kömək edib. 

Təlim proqramınını peşəkar təlimçi heyəti -  psixoloq Sevda Alışova-Bəşirli, art terapevt Nərmin Şahverdiyeva, metodist Vüsalə Mustafayeva və pedaqoq Gülmira Ələsgərova-Cəfərova həyata keçirib. 

Təlim iştirakçıları bu cür təşəbbüslərin onların həm fərdi rifahına, həm də övladlarının sağlam inkişafına böyük töhfə verdiyini qeyd edib. Layihə regionda sosial-psixoloji bərpa və maariflənmə proseslərinə mühüm dəstək kimi dəyərləndirilib.

Qeyd edək ki, silsilə tədbirlər Zəngilan və Cəbrayıl şəhərində eyni qaydada davam etdirilib.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir aylıq "qardaş" qaralama kampaniyası
19:31 29.10.2026
Bir aylıq "qardaş" qaralama kampaniyası
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
19:27 29.10.2026
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
19:06 29.10.2026
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
Zaur Rzayev vəfat etdi
19:01 29.10.2026
Zaur Rzayev vəfat etdi
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
18:50 29.10.2026
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
18:36 29.10.2026
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi