İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
SOSİAL
18:13 29.10.2026
148
28 oktyabr tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhməd ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan hökumətinin ayırdığı təqaüdlə Bakıda təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri ilə görüş keçirib. Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (QHGT) baş tutan tədbirdə əvvəlcə QHGT-nin Mənzil Qərargahı ilə tanışlıq keçirilib və daha sonra ölkəmizdə təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri barədə təqdimat nümayiş olunub.

Görüş çərçivəsində təqaüd proqramlarının tələbələrini əhatə edən "İƏT Tələbələr Assosiasiyası – Azərbaycan” təşkilatı tərəfindən İƏT Baş katibinə Azərbaycan hökumətinin İƏT-ə üzv ölkələrin tələbələri üçün təqdim etdiyi təqaüd proqramları haqda məlumat verilib. 2017-2022-ci illər üzrə 41 İƏT ölkəsindən 126 tələbəyə, 2024-2026-cı illər üzrə isə 39 İƏT ölkəsindən 219 tələbəyə Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq imkanı verildiyi qeyd olunub. Ümumlikdə, 46 İƏT ölkəsindən 350-yə yaxın gəncin Azərbaycanın təqdim etdiyi təqaüdlərdən faydalandığı vurğulanıb.

Bununla yanaşı, İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi (ICYF-ERC) tərəfindən Mərkəzin fəaliyyəti və İƏT ölkələrindən olan tələbələrlə bağlı həyata keçirdiyi fəaliyyətlər barədə təqdimat edilib.

Baş katib İsmail Ould Şeyx Əhməd çıxışında İƏT-in gələcək hədəfləri və perspektivləri, habelə təşkilatın yeni rəhbəri kimi qarşıya qoyduğu məqsədlər və gənclərin bu prosesdəki rolu barədə mühüm məqamlara toxunub. O, İƏT gənclərinə göstərilən xüsusi qayğı və diqqətə, həmçinin təhsil üçün təqaüdlərin ayrılmasına görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirib.

İƏT gəncləri arasında əlaqələrin gücləndirilməsi və onların xalqlararası bağların inkişaf etdirilməsi sahəsində fəallığının təşviqi məqsədilə təşkil olunan görüş "İslam dünyasında həmrəyliyin gücləndirilməsində gənclərin mədəni diplomatiya səfirləri kimi rolu” mövzusunda interaktiv sual-cavab sessiyası ilə davam edib. Sessiyada gənclərin mədəniyyətlərarası dialoqun inkişafında və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindəki rolu ətrafında müzakirələr aparılıb.

Tədbir ICYF-ERC-nin İdarə Heyətinin sədri Elçin Əsgərovun bağlanış nitqi və xatirə fotosunun çəkilişi ilə başa çatıb.
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
19:06 29.10.2026
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
Zaur Rzayev vəfat etdi
19:01 29.10.2026
Zaur Rzayev vəfat etdi
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
18:50 29.10.2026
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
18:36 29.10.2026
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?