08:27 Bazar Ertəsi, 24 Fevral 2020
SOSİAL

Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı

16:08, 19.08.20192925
Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı
Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1973-cü il təvəllüdlü Novruzov İlqar Ələşrəf oğlu xuliqanlıq zəminində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Faiq Meydan oğluna sol çiyin, sol kürək, sol sifət və sol bud nayihələrindən 4 bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ