00:59 şənbə, 16 Noyabr 2019
SOSİAL

Bakıda 81 yaşlı kişi qəza törətdi: ana və 2 yaşlı oğlu öldü

10:21, 05.11.201911863
Bakıda 81 yaşlı kişi qəza törətdi: ana və 2 yaşlı oğlu öldü
Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Sumqayıt-Novxanı yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Əliyev Şamil Əlihüseyn oğlu idarə etdiyi "Volvo" markalı 10 UU 509 dövlət nömrə nişanlı avtomobillə Goradil bağlar massivindən Sumqayıt-Novxanı dairəvi yoluna çıxarkən həmin yolla hərəkət edən 1964-cü il təvəllüdlü Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi "Hyundai" markalı 10 VP 841 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, "Hyundai" markalı avtomobildə olan sərnişinlər, 1994-cü il təvəllüdlü Rüstəmova Türkanə Məmməd qızı və onun övladı, 2017-ci il təvəllüdlü Quliyev Yusif Orxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.
XƏBƏR LENTİ