xari

Özünə Bakıda restoranda ad günü keçirən məşhur model cərimələndi - VİDEO

SOSİAL
10:42 05.12.2020
1860
Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı  şəhər Baş Polis İdarəsində araşdırılıb.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Nərimanov RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı Raziyyət Əliyeva,  onun 3 rəfiqəsi  və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar. 

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4000 manat cərimə ediliblər. 

Bir daha diqqətə çatdırılıb ki, daxili işlər orqanları tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:48 16.01.2021

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var

23:23 16.01.2021

Hirkan Milli Parkında yanğın lokallaşdırılıb

22:54 16.01.2021

Adam Məmmədovun verilişi efirə qayıtdı: İnsan və Qanun

22:27 16.01.2021

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

22:07 16.01.2021

Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub

21:50 16.01.2021

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

21:27 16.01.2021

Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı

20:33 16.01.2021

Özil “Arsenal”la yollarını ayırdı: “Fənərbaxça”ya keçəcəyi gözlənilir

20:18 16.01.2021

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

20:00 16.01.2021

Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır

19:08 16.01.2021

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

18:59 16.01.2021

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

18:41 16.01.2021

Dövlət Baxçalı: “Uyğun görülsə, Şuşada məktəb açmaq istəyirik”

18:02 16.01.2021

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

17:51 16.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:27 16.01.2021

Küçədə yaşayan 25 yaşlı Orxanın həyatı hər kəsi kövrəltdi - VİDEO