00:22 çərşənbə Axşamı, 15 Oktyabr 2019
SOSİAL

Bakıda iş adamını bu avtomobildə güllələyiblər - FOTOLAR

16:13, 21.12.20186361
Bakıda iş adamını bu avtomobildə güllələyiblər - FOTOLAR
Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda iş adamı qətlə yetirilib. 
 
Belə ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirzaid oğlu dünən axşam saat 18:00-19:00 radələrində evə gələrkən avtomobilini Xətai rayonu, Sadıqcan küçəsində yaşadığı hündürmərtəbəli binanın qarşısında saxlayıb. Onun gəlməyini gözləyən qatil maşına yaxınlaşaraq, iki dəfə atəş açıb. Sonra avtomobilin qapısını açan şəxs və yaxud şəxslər onu bıçaqla qətlə yetiriblər. Mərhumun iki azyaşlı qızı var. Onun keçmiş MTN işçisi olduğu bildirilir.
 
AZXEBER.COM xəbər verir ki, Unikal.org saytı biznesmenin qətlə yetirildiyi maşının fotolarını yayıb:
 

 

 

 

 


XƏBƏR LENTİ