xari

Bakıda musiqi sifarişi üstündə 28 yaşlı gəncin boynunu sındırdılar - VİDEO

SOSİAL
13:00 05.09.2020
2671
2018-ci il oktyabrın 10-nu səhər saat 4:06-da "103” xidmətinə çağırış daxil olub.

AZXEBER.COM BAKU.TV-yə istinadən xəbər verir ki, məlumatda avtobus dayanacaqların birində bir nəfərin halının pis olması göstərilib.

10 dəqiqədən sonra həmin dayanacağa çatanda, dəmir oturacağda uzanıqlı vəziyyətdə, 25-30 yaşlarında kişi aşkar edilib.

Nə baş verdiyini soruşduqda o, əli ilə yolun əks tərəfini göstərib "pilləkəndən sürüşərək, yıxılıb, bərk əzildiyini və özünü piss hiss etdiyini" deyib.

Xəstəyə inyeksiya yolu ilə ağrıkəsici dərman vurub və onu xəstəxanaya aparıblar. Dəfələrlə soruşduqdan sonra adının Elçin olduğunu bildirib. Əvvəl onu 3 saylı şəhər xəstəxanasına aparıblar. Orda rentgen və digər müayinələr etdikdən sonra biliblər ki, xəsarəti onurğa və beyinlə bağlıdır.

Buna görə, onu "boynun səthi travması" diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya ediblər. Daxil olan məlumat əsasında Xətai RPİ-də araşdırma başlanılıb.

Xəstəxanada müalicə alan Elçin Ələkbərov etiraf edib ki, "Ordubad" adlı kafedə musiqi sifarişi üstündə naməlum şəxs tərəfindən döyülüb.

Sonra dalaşdığı oğlan və dostları avtomobillə onu avtobus dayanacağında avtomobildən düşürüblər və ərazidən uzaqlaşıblar. Bir müddətdən sonra ordan keçən bir vətəndaş ona yaxınlaşıb, halının pis olmasını görüb və
təcili tibbi yardıma zəng edib.

Oktyabrın 12-də Ağdam şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Nizam Məmmədzadə polis idarəsinə gələrək, kafedə tanımadığı şəxsə xəsarətlər yetirdiyini etiraf edib.

İstintaqla müəyyən edilib ki, 2018-ci il oktyabrın 10-da gecə saat 3 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən kafenin ümumi zalında Nizam Məmmədzadə tanışları Əliəkbər Məmmədzadə, Rəsul İsmayılzadə və qeyriləri ilə birlikdə spirtli içki qəbul edib, musiqi sifariş veriblər.

Digər masada tək oturmuş, əvvəllər tanımadığı Elçin Ələkbərovun da musiqi sifariş etməsini sintezator ifaçısı onlara bildirdikdə Nizam, əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri edib.

Elçinin üz nahiyəsinə qəflətən yumruqla zərbə vurub, xəsarət yetirib. Kafedə olan müştərilər onları ayırdıqdan sonra Ələkbərov aralarında yaranmış narazılığı sakit şəkildə yekunlaşdırmaq üçün Məmmədzadəyə çölə çıxmağı təklif edib.

Kafedən çıxdıqları vaxt giriş qapısının qarşısında Nizam əvvəlcə Elçinin baş nahiyəsinə arxadan yumruqla sarsıdıcı zərbə endirib, daha sonra idman fəndi işlədərək sonuncunu qaldırıb başı üstə yerə çırpıb və yerdə olan zərərçəkmişi bir neçə dəfə də təpiklə vurub. Nəticədə Ələkbərov oktyabrın 25-də Respublika Neyrocərrahiyə Xəstəxanasında ölüb.

İş üzrə dindirilmiş Nizam Məmmədzadə bildirib ki, dostları ilə kafedə görüşüb, yeyib-içiblər. Təxminən gecə saat 2 radələrində əyləşdikləri masadan qalxıb, sintezatorda musiqi ifa edən şəxsə yaxınlaşaraq 10 manat pul verib və mahnı sifariş edib.

Bir müddətdən sonra musiqiçi ona əli ilə işarə edərək, sonradan tanıdığı Elçin Ələkbərovun sifariş etdiyi mahnını ifa etmək üçün icazə istəyib.

Nizam, bu təkliflə razılaşmayıb. Sintezatorun yanında olan Elçin bunu eşidib, onunla kobud danışmağa başlayıb, aralarında mübahisə yaranıb.

Nizam Elçinə yumruq atsa da, kafedə olan müştərilər mübahisəni sakitləşdiriblər və onlar öz masalarında oturub, spirtli içki içməkdə davam ediblər. Təxminən 10 dəqiqədən sonra Ələkbərov oturduqları masaya yaxınlaşıb, məsələni aydınlaşdırmaq üçün onu bayıra dəvət edib və sonra məlum hadisə baş verib.

Nizam Elçinə xəsarət yetirərkən boynunun qırılmasını bilməyib. Qorxduğu üçün polisə və ya təcili tibbi yardım stansiyasına müraciət etməyib. 2 gündən sonra baş vermiş hadisə ilə əlaqədar polis tərəfindən araşdırma aparıldığını bildikdən sonra könüllü Xətai RPİ-yə gedib və törətdiyi cinayəti etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizam Məmmədzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:41 15.01.2021

BMT-nin baş katibi və sədri peyvənd olacaq

23:25 15.01.2021

Tanınmış aparıcı Mikayılın verilişi bağlandı, özü isə…

22:53 15.01.2021

Faiq Ağayev "Sən qalibsən” mahnısının klipini təqdim etdi - VİDEO

22:35 15.01.2021

Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı - FOTO

22:23 15.01.2021

Vilayət Eyvazovdan yeni TƏYİNAT

21:54 15.01.2021

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb

21:28 15.01.2021

Azərbaycan XİN:"Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir"

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub