23:40 Cümə, 23 Avqust 2019
SOSİAL

Bakıda oğlana görə dalaşan qızlardan biri özünü binadan atmaq istədi - VİDEO

18:24, 23.07.20193777
Bakıda oğlana görə dalaşan qızlardan biri özünü binadan atmaq istədi - VİDEO

Paytaxtın Xətai rayonunda gənc qız intihara cəhd edir.

Qız "Ukrayna" dairəsinin yaxınlığındakı 9 mərtəbəli binanın damına çıxaraq, özünü atmaq istəyir. Hazırda əraziyə gələn hüquq-mühafizə orqanları və  FHN əməkdaşları gənc qızı fikrindən daşındırmağa çalışıblar. Nəticədə polislər qızın başını qataraq, onu ölümdən xilas ediblər. Daha sonra binadan aşağıya düşürülən qız ərazi üzrə polis idarəsinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır və onun nə üçün intihara cəhd etməsi araşdırılır.

Unikal.org hadisənin təfərrüatlarını araşdırb. Ətrafda olan şahidlərin sözlərinə görə, intihara cəhdə səbəb oğlan olub. Belə ki, ərazidə iki qız oğlana görə bir-biriləri ilə mübahisə ediblər. Mübahisə zamanı digər qız intihara cəhd edən şəxsi təhqir edib. Nəticədə də o, qəzəblənərək özünü binadan atmaq istəyib. Həmin vaxt sözügedən oğlan da ərazidə olub. Qızı FHN-nin əməkdaşları xilas edəndən sonra hər 3 şəxs polis idarəsinə aparılıb.

XƏBƏR LENTİ