20:28 şənbə, 25 Yanvar 2020
İDMAN

"Bakıya tez getmək üçün icazə almışıq" - Vladimir Petkoviç

16:27, 10.12.20192054
Avro-2020-də qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç ölkə mətbuatına müsahibə verib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis iyunda paytaxtımızda oynanılacaq görüşlərə hazırlıq baxımından şəhərimizə bir neçə gün tez gəlməyi qərar verdiklərini bildirib: "Komandada qalıb-qalmayacağımla bağlı qərarın fevralda veriləcəyinə ümid edirəm. Bu günə qədər əldə etdiyim nəticələrdən razıyam. Komandada gənc heyət qurulub. Hiss edirəm daha da çox irəliləyə bilərik. Avro-2020-də Bakıda keçirəcəyimiz oyunlara hazırlıq baxımından bu şəhərə 5-6 gün öncədən getmək üçün UEFA-dan icazə almışıq. Bu amil bizə mühitə uyğunlaşmağa da imkan verəcək. Bununla yanaşı turnir vaxtı əsas məşq bazamız Romada olacaq".

Qeyd edək ki, A qrupunda yer alan İsveçrə millisi Bakı Olimpiya Stadionunda Türkiyə və Uelslə, Romada isə İtaliya ilə qarşılaşacaq.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ