06:46 Cümə, 15 Dekabr 2017
SOSİAL

“Baku Bus”-ın 1 saylı avtobusundan şikayət- sərnişinlər evlərinə gedib çıxa bilmir

18:03, 20.09.2017257
“Baku Bus”-ın 1 saylı avtobusundan şikayət- sərnişinlər evlərinə gedib çıxa bilmir
İlk başlanğıcda sərnişinlərə xidməti ilə qabaqcıl olan "Baku Bus”-ın xidməti günü-gündən irəli getmək əvəzinə, sərnişinlərin qənaətincə geriləyir. Bu yaxında redaksiyamıza şikayət edən bir qrup sərnişin "Baku Bus”-ın 1 saylı xətt üzrə hərəkət edən avtobusundan şikayət ediblər. Sakinlər bildiriblər ki, avtobuslar arasında interval vaxtı çox olduğundan saatlarla dayanacaqda gözləməli oluruq. Bir saat sonra gələn avtobusa isə sərnişin sıxlığından minmək mümkün olmur. Problemin izinə düşən əməkdaşımız gecə saatlarında müşahidə aparmaq üçün araşdırmaya başlayıb.

Saat 20:00-dan sonra Ali məhkəmənin yaxınlığındakı dayanacaqda dayanıb 1 saylı avtobusu gözlədik. Baş verənlər sərnişinlərin dediyi kimi oldu. 45 dəqiqədən sonra 1 saylı avtobus gəldi, amma sərnişin sıxlığına görə bir çox sərnişinlər kimi biz də avtobusa minə bilmədik. Bundan sonra digər avtobusu gözlədik yenə minmək mümkün olmadı. Sərnişinlərin dediyinə görə belə sıxlıq hər gün axşam saatlarında yaşanır və bir neçə dəfə şikayətlərinə baxmayaraq heç bir tədbir görülmür. 

Problemə aydınlıq gətirmək üçün nəqliyyat nazirliyinin 141 nömrəli qaynar xəttinə zəng vurduq çox təəsüflər olsun ki, telefon zənglərimizə cavab verən olmadı. Maraqlı olanı odur ki, həmişə dayanacaqlardakı monitorda avtobusların gəlmə vaxtını göstərən qrafik də ləğv edilib. Zəng vurmaqda məqsədimiz bu problemə də aydınlıq gətirmək idi, amma baş tutmadı. 

Sərnişinlər məsləhət gördülər ki, "Baku Bus”-ın 077-250-57-57 nömrəli qaynar xəttinə zəng vuraq. Zəng vursaq da təəsüflər olsun ki, "Baku Bus” rəhbərliyi də telefon zənglərimizi cavabsız qoydu. Ümidvarıq ki, səlahiyyətli şəxslər bu yazını oxuduqdan sonra problemlərin həllinə çalışacaqlar. /// moderator

0
XƏBƏR LENTİ