Bank Respublikanın xalis faiz gəlirləri artaraq 35,4 mln manat təşkil edib

İQTİSADİYYAT
09:15 27.10.2020
227
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin üçüncü rübünə dair maliyyə göstəricilərini açıqlayıb.   
 
AZXEBER.COM xəbər verir ki, hesabata əsasən, Bank cari ilin üçüncü rübündə dinamik inkişaf etməyə davam edib və yaxşı əməliyyat və maliyyə nəticələri nümayiş etdirib. Həmçinin, Bank rəqəmsal paltformasını köklü şəkildə yeniləmiş, bu isə, bankın dövrümüzün aktual çağırışlarına sürətli və effektiv cavab verməsinə, eləcə də müştərilərə göstərilən xidmətin keyfiyyətini və sürətini əhəmiyyətli dərəcədə artırmasına imkan verəcəkdir.

1 oktyabr 2020-ci il tarixinə bankın aktivləri 1,07 milyard manat təşkil etmişdir ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Üçüncü rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 5,8 milyon manat təşkil etmişdir. Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz gəliri isə 21%-dən çox artaraq 35,4 milyon manat təşkil etmişdir. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq,  Bank real sektorun kreditləşməsini davam etdirərək 9 ay ərzində 190 mln. manat məbləğində kredit vermişdir.

Hesabata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 15% artaraq 84,9 mln. manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 70% üstələmişdir. Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,71%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,93% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,8 dəfə çoxdur.  

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:55 04.12.2020

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

23:44 04.12.2020

Samuxda evdə partlayış olub: Xəsarət alanlar var

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

21:47 04.12.2020

Bakı klubunun legionerində koronavirus aşkarlandı

20:48 04.12.2020

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

20:37 04.12.2020

Deputat: "Sosial proqramlarda şəhid ailələri və qazilərimizə üstünlük veriləcək"

20:19 04.12.2020

ABŞ-da günlük yoluxma sayında rekord

20:01 04.12.2020

Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək - RƏSMİ

19:46 04.12.2020

TÜRKPA-nın Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

19:30 04.12.2020

Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı

19:21 04.12.2020

Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pislədi

19:11 04.12.2020

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi