08:44 Cümə, 15 Noyabr 2019
SAĞLAMLIQ

Baş ağrılarından əziyyət çəkən 2 uşaq anası beyin xərçəngi imiş – Həkim miqren demişdi

22:47, 31.10.201911066
Baş ağrılarından əziyyət çəkən 2 uşaq anası beyin xərçəngi imiş – Həkim miqren demişdi
30 yaşlı Kler Kertis ikinci övladını dünyaya gətirdikdən sonra davamlı baş ağrılarından əziyyət çəkirdi.

Qadın əvvəlcə uşaqlara görə yuxusuz qaldığından və çox yorulduğundan bu halın baş verdiyini düşünür. Ağrılara dərman təsir etməyəndə həkimə gedir və ona miqren diaqnozu qoyulur.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, getdikcə ağrıları dözülməz olan və bir neçə dəfər səhərlər qusmadan sonra Kler gözlərinin zəiflədiyini hiss edir. Oftalmoloqa gedən qadını bu dəfə həkim baş beynin MRT-nə yönləndirir. MRT qadının beynində portağal boyda şiş aşkarladı.

Bu il qadını əməliyyat edib, şişi götürdülər. Biopsiya şişin bədxassəli olduğunu göstərdi. İndi qadını şüa terapiyası gözləyir.
XƏBƏR LENTİ