BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Baş prokuror ona da yüksək vəzifə verdi

Baş prokuror ona da yüksək vəzifə verdi
SOSİAL
12:52 26.02.2020
2705
Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib. 

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

Bildirilir ki, ölkədə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir.

Şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə aparılan işə qəbulun bu mütərəqqi yolu prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb.

Təqdirəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun imzaladığı əmrlə Baş prokurorun köməkçisi, ədliyyə müşaviri Zaur Axundzadənin Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilməsi ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur.

Qeyd edək ki, Z. Axundzadə Baş prokurorun köməkçisi vəzifəsindən əvvəl, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ayrı-ayrı idarələrində prokuror və digər məsul vəzifələrdə çalışıb. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:08 30.03.2020

Ekspert: “Equinor” Xəzər dənizinin potensialına inanır”

17:57 30.03.2020

Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi

17:54 30.03.2020

“Fövqəladə vəziyyət haqqında” qanunun icrası ilə bağlı fərmana dəyişiklik edildi

17:43 30.03.2020

“Azərbaycan mediası bu sınaqdan üzüağ çıxır”

17:23 30.03.2020

Elnur Allahverdiyevdən maraqlı təklif: Yaşı 65-dən yuxarı insanlar evdən çıxmadan təqaüdlərini belə ala bilər

17:09 30.03.2020

"Bank Respublika" ödəniş kartlarının istifadə müddətini uzatdı

16:59 30.03.2020

Operativ Qərargah: Xüsusi karantin rejiminə ciddi əməl olunmalıdır

16:53 30.03.2020

IOC prezidenti: "Bəşəriyyət hazırda qaranlıq tunelin içindədir"

16:42 30.03.2020

Qərargah: Ölkədə koronavirusa görə 30 minə yaxın insan test edildi

16:40 30.03.2020

Koronavirusdan sağalan 11 nəfər də evə buraxıldı

16:29 30.03.2020

“Dezinfeksiya zamanı vətəndaşlardan ödəniş tələb olunması yalandır”

16:21 30.03.2020

Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu

16:11 30.03.2020

Azərbaycanda 25 yaşlı oğlan anasını niyə öldürdü? - Təfərrüat

16:02 30.03.2020

Məşhur mahnının müəllifi koronavirusdan öldü

15:56 30.03.2020

“PakDad”- “BalBadəm” - #EVDƏQAL - VİDEO

15:42 30.03.2020

Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi