00:09 şənbə, 16 Noyabr 2019
SOSİAL

Başı kəsilən stomatoloqun meyiti quyudan çıxarılıb – Video

16:50, 01.11.201910659
Başı kəsilən stomatoloqun meyiti quyudan çıxarılıb – Video
Xəbər verildiyi kimi oktyabrın 25-də stomatoloq Elvin Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusunda aşkar edilib və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən oradan çıxarılıb.

AZXEBER.COM Bizimyol.info-ya istinadən xəbər verir ki, sosial şəbəkədə həmin xilasetmə tədbirinin videogörüntüsü yayılıb.

Görüntüdən bəlli oldur ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun üzvləri məhkəmə-tibb ekspertinin də iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.
 


XƏBƏR LENTİ