20:24 şənbə, 25 Yanvar 2020
İDMAN

BDU Futzal Komandası ölkə çempionu oldu - FOTO

11:44, 09.12.20192369
BDU Futzal Komandası ölkə çempionu oldu - FOTO
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 27 noyabr - 6 dekabr tarixləri arasında keçirilən "Ali məktəb tələbələri arasında Futzal yarışması” çərçivəsində BDU Futzal Komandası ölkə çempionu olub. 

AZXEBER.COM xəbər verir ki, qrup mərhələsində BDU Futzal Komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Müsiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinin komandaları ilə qarşılaşmış və qrup lideri olaraq 4/1 final mərhələsinə atlamışdır. 

BDU fudzal Komandası 4/1 mərhələsində Bakı Mühəndislik Akademiyası və Gəncə Dövlət Universitetinin yığmaları ilə baş tutan oyunlarda qələbə qazanaraq finala yüksəlmiş və Azərbaycan Dövlət İqtisad Universiteti ilə final qarşılaşması baş tutmuşdur. Final oyununda 4-2 hesabı ilə qalib gələn BDU futzal Komandası ölkə çepionu adın qazanmışdır. Digər oyunların nəticələrinə görə ikinci yerdə ADİU, üçüncü yerdə isə Azərbaycan Texniki Universitetinin yığması qərarlaşmışdır. 

Qeyd edək ki, BDU Fudzal Komandasının sponsoru BDU Tələbə Həmkarlar İttifaqı Komitəsidir.
 

 

 

 




WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ