Bəhram Bağırzadə komadan ayıldı - huşu özündədir

TOP4
12:12 02.07.2020
4826
Bəhram Bağırzadə komadan ayılıb
 
AZXEBER.COM xəbər verir ki, 13 iyun tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. 

EMKO cihazına qoşulan əməkdar artist artıq komadan ayılıb. Bu haqda aparıcı Sənan Şəfizadə sosial şəbəkə hesabında status yazaraq sevincini bölüşüb:
 
"Səhəri xoş xəbərlə açırıq. Bir saata yaxındır ki, komadan ayılıb. Həkimləri eşidir, huşu özündədir. Yaxşı olacağına ümid edirik. Səninləyik Bahram!

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

OXŞAR XƏBƏRLƏR