"Belə olsa, iki həftədən sonra daha pis nəticələr görə bilərik" - TƏBİB rəsmisi

SAĞLAMLIQ
11:33 22.10.2020
2622
Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik.

AZXEBER.COM-un məlumatına görə, bunu REAL TV-nin efirində TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, Azərbaycan haqlı savaşında fikirlər ön cəbhəyə yönəlməlidir, amma arxa cəbhəni də unuda bilmərik:

"Arxa cəbhədə olan naliyyətsizlik, ön cəbhə üçün də çətinliklər yarada bilər. Yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə də səbəb ola bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra, təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. Bəsit tədbirləri görməliyik. Ciddi nəzarət olsa belə yüksəlişin şahidi olacağıq. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Məktəblərin bağlanması, metronun işləməməsi yetərli olmaya bilər. Düşünürəm ciddi nəzarət lazımdır. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə cəlb oluna bilər. Biz haqq savaşındayıq. Onlara da həkim lazım olacaq. Məsuliyyətsiz baxımından virusa yoluxmuş insanlara vaxt itkisi olar, çünki hərbçilərimizə görə məsuliyyətli olmalıyıq. Xəstəliyin artmasına özümüz şərait yaradırıq. Konkret olaraq bu, məsuliyyətsizlik səbəbindəndir".
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:02 26.11.2020

Türkiyədə bu gün koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

23:26 25.11.2020

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur? - AÇIQLAMA

23:07 25.11.2020

Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir

22:45 25.11.2020

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşdü

22:41 25.11.2020

Fransa XİN-dən senatın qalmaqallı qərarına münasibət: “Heç kimə fayda verməyəcək”

22:37 25.11.2020

Pele Maradonanın ölümünə üzüldü: “Onunla göylərdə yenidən futbol oynayacağıq”

22:20 25.11.2020

Azərbaycan XİN: Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

22:12 25.11.2020

“Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil”

22:09 25.11.2020

Fransa Senatı Dağlıq Qarabağdakı separatçı qondarma qurumun tanınması ilə bağlı qətnamə qəbul etdi - VİDEO

21:49 25.11.2020

İranın XİN başçısı Ceyhun Bayramovu təbrik edib

20:57 25.11.2020

Maradonanın ölümünə görə 3 günlük matəm elan edildi

20:50 25.11.2020

Şuşa həbsxanasının indiki vəziyyəti - VİDEO

20:33 25.11.2020

Əfsanəvi futbolçu Dieqo Maradona vəfat etdi

20:27 25.11.2020

Valentina Matviyenko: "Qarabağda atəşkəsi qorumaq zəruridir"

19:47 25.11.2020

Azərbaycanın siyasi partiyaları Fransa Senatının addımına sərt etiraz etdilər

19:45 25.11.2020

Ermənistanın sabiq baş naziri: “Bu, məğlubiyyət deyil, bu darmadağındır”