Beyləqanda evi tərk edən COVID-19 xəstəsi saxlanıldı

Beyləqanda evi tərk edən COVID-19 xəstəsi saxlanıldı
SOSİAL
10:56 26.11.2020
343
Beyləqanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 testi müsbət çıxmış rayon sakini M.Abışovun ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Xüsusi karantin rejiminin tələblərini pozaraq qanunazidd davranan həmin şəxs rayonun Dünyamalılar kəndi ərazisində aşkar edilərək yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR