05:10 Bazar Ertəsi, 14 Oktyabr 2019
MARAQLI

Bir oğlanın 'mavi' olduğunu necə bilək? - Cavab

00:35, 31.05.201361283
Bir oğlanın 'mavi' olduğunu necə bilək? -  Cavab
Təəssüflə deməliyəm ki, homofobist bir ölkədə yaşayırıq. Gay olduğunuzu hər kəsin bildiyini təsəvvür etmisiniz? İnsanların sənə baxışının 180 dərəcədə dəyişdiyini, ailənin səndən imtina etməsi ilə qarşılaşarsan. Və ən nəhayət "yaxçı oğlanlar"ın "yaxçı" sözlərini eşitməyə məcbur qala bilərsən. Qısası, bizlər bunları yaxşı bildiyimizə görə gizli həyat (ikili həyat) keçiririk. Düzdür, İrandakı kimi də olmasaq, müəyyən dost qruplarımız olur. Yalnız əsl kimliyimizi bu dostlarımız bilir. Sirli bir həyat yaşayırıq. Bu dəfə mən bu sirri açıb-tökmək istəyirəm. :)Bir Oğlanın GAY olduğunu necə bilmək olar?
Əvvəlcədən deyim ki, bu göstəriciləri mən özümün və daha 2 insanın təcrübəsinə əsaslanıb yazıram. Təbii ki, hər bir göstərici 100%-lik ola bilməz.Amma əsasən belə olur.
GAY'lər...
- incəsənətə maraqlı olurlar və bu sahədə də istedadı olanlar da çoxdur.
- əsasən, musiqi zövqləri yüksək olur.
- zövqlə geyinirlər və ya geyinməyə çalışırlar.Özlərinə çox fikir verərlər.
- əksər oğlanların maraqlandığı futbola, basketbola maraq hiss etməzlər.
- qız dostları çox olur və qızlar da onları çox istəyər, qızların göz bəbəyidirlər.
- qızlar olan ortamda rahat olduqları halda, oğlanlarla olduqlarında çox sıxılırlar. Yaraşıqlı bir oğlanın yanında çox həyəcanlanarlar.
- dostları arasında homofobist mövqedə olur, gay'ləri hər kəsdən öncə qınayar, lağa qoyarlar.
- hər şeyə mız-mızlıq edər, məmnun qalmaz, hər şeyi bəyənməz, hər şeydən şikayət edərlər.
- telfonuna zəng gələn kimi kənarlaşıb başqa yerdə danışarlar.
- köhnə sevgililəri haqqında heç bir zaman "qız" sözü işlətməz, sadəcə "sevgilim" və ya "o" sözü işlədərlər.
- alış-veriş etməyi sevirlər. Amma daha çəx "window shopping"i sevirlər.
- tənbəl olsalar da, yaxşı yemək bişirə bilərlər.
- pişikləri sevərlər, amma ona toxuna bilməzlər.
- evdə pişik saxlayarlar.
- küçədə gəzərkən qadınlara heç baxmaz (baxarsa da saxta sözlərdən istifadə edərlər).
- oğlanlara gözucu baxarlar.
- erotik film izləyərkən qız yox oğlan haqda fikir bildirərlər.
- duyğusal, romantik, tez-tez depresiyaya düşərlər.
- Madonna'nı və Rihanna'nı böyük məhəbbətlə sevərlər.
- bürclərlə daha çox maraqlanırlar.
- seriallara çox baxırlar.
- Eurovision'a çox maraq göstərərlər.
- atadan çox anaya meyilli olurlar.
- xoşuna gələn bir oğlanın yanında, özünü çox tərifləməyə başlayar.
- alış-veriş zamanı qıza yardım göstərər, "bu sənə çox yaraşdı, ... -ə çox uyğundur" kimi dəqiq qızların cümləsini işlədərlər.
- davalı filmlərə getməzlər (misal üçün James Bond). Əsasən romantik, romantik-komediyalara üstünlük verərlər.
- əsasən, çox təmiz və səliqəli olurlar.
- siqareti sevməzlər.
- telfonları çox zaman kodda olur. Telfonunu və ya komyuterinə toxunsanız təlaşla əlinizdən alarlar.
- əzələli bədən arzulayarlar.
- həddən artıq kübar, mədəni, utancaq və çox oxuyandırlar.
- bəzən çox iddialı olurlar. Oğlanların "bunu geyinsəm mənə gay kimi baxarlar" geyimlərini rahatlıqla geyinərlər, xoş görünüş üçün plastik əməliyyata gedərlər.
- oturarkən incə bir şəkildə ayağını ayağının üstünə aşırarlar.
- ürəkləri daha çox yumşaq olar, küçədə gördükləri əlacsız birinə ürəkləri ağrıyar.
- ambisiyalıdırlar.
- əslində həm qadın, həm kişinin xüsusiyyətini daşıdıqlarına görə hər şeydən bilgili, zövqlü, təhsildə və koryerada uğur qazanan, güclü intuisiya gücünə malik insanlardırlar.
- glamur tiplərdir.
- metroseksual olurlar çox zaman.
- bəziləri danışarkən jestikadan çox istifadə edər.
- küçədə gəzərkən əllərində nəsə olmalıdır, hətta ağacdan yarpaq qoparib onla oynayarlar.
- çox daha ehtiraslı olarlar, bəziləri seksə çox düşgündürlər.
- masturbasiyaya bağlı tiplərdir.
- səyahəti sevərlər.
- xəyalpərəstdirlər.
- internetə bağlı yaşayarlar. Hətta demək olar ki, sosial şəbəkələrin böyük əksəriyyətində varlar.
- çağdaşlığı sevirlər.
- ikili həyat keçirdikləri üçün bəzən iş yerlərində və ya oxuduqları yerdə aqressiv ola bilirlər.Tural Azerbaijan
XƏBƏR LENTİ