Bir telefon zəngi ilə şəkər xəstəliyinə tutulan Bəxtiyar Vahabzadə haqda - BİLMƏDİKLƏRİNİZ

Bir telefon zəngi ilə şəkər xəstəliyinə tutulan Bəxtiyar Vahabzadə haqda - BİLMƏDİKLƏRİNİZ
MARAQLI
16:58 16.08.2019
6469
17 yaşlı qız alan, telefon zəngindən şəkər xəstəliyi tapan, ürəyi sağda olan Bəxtiyar...

Bu gün xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 94 il ötür. AZXEBER.COM Kulis.az-a istinadən şair haqda maraqlı faktları təqdim edir.

***

Azərbaycan sovet ədəbiyyatı tarixinə dissident şair kimi düşüb. "Gülüstan” poemasına görə 1962-ci ildə millətçi damğası ilə Azərbaycan Dövlət Universitetindən qovulub. Yalnız 2 ildən sonra işinə bərpa olunub. Səbəb deyə bilmədikləri üçün bu qovulmanın adını elmi ezamiyyət qoymuşdular.

***

Azərbaycan dili şair üçün həssas mövzu olub və bu məsələdə olduqca prinsipial davranıb.


Bir dəfə Dövlət Televiziyasına qonaq gedərkən "Cırtdan” studiyasının adının "Djırtdan” yazıldığını görüb və hirslənərək etiraz edib. Bundan sonra adı düzəldiblər.

***

Şairin "Bir salama dəymədi” adlanan ən məşhuru sevgi şeiri ünvanlı imiş. Əhvalat belə olub: Bir zamanlar sevgili olub sonra ayrıldığı xanım beş il sonra rastlaşanda onun salamını almayıb. Bəxtiyar Vahabzadə bundan çox təsirlənib və şeiri yazıb. Özü bu şeiri məclislərdə tez-tez deyirmiş. Bir gün Əminə Yusifqızının ifasında o şeirə qulaq asır, necə bəyənirsə sonralar nəinki özü şeiri oxumur, başqalarının deməsinə də icazə vermir

***

Bəxtiyar Vahabzadə 20 Yanvar hadisələrinə görə general Dubinyakın üzünə tüpürüb. Bu hadisə o vaxt heyrətlə qarşılanıb və şairin cəsarəti əfsanəyə çevrilib.

***

Etdiyi səhvə görə 35 yaşlı oğlunu şillə ilə vurub. Oğlu bu haqda danışanda deyib: "Atam bir şilləylə məni yerə sərəndə açığı təəccübləndim. Sevindim həm də. Çünki atamın bu qədər güclü olduğunu təsəvvür etməzdim”.

Oğlu Əfqanıstanda olanda Bəxtiyar Vahabzadə ona zəng edib. Telefonda deyiblər ki, oğlunun işlədiyi korporasiya dağıdılıb, partladılıb. Dəstək Bəxtiyar Vahabzadənin əlində qalıb. Və ondan da şəkər xəstəliyi tapıb.

***

Bir dəfə oğlu İranda olanda buna bənzər hadisə baş verib. Oğlunun dəstəsindən beş-altı adamı öldürüblərmiş. Xəbərdən 7 ay sonra evinə qayıdan oğlunu görən Bəxtiyar Vahabzadə heyrət edib. Ayağa durub, amma addım ata bilməyib. Ayaqları tutulubmuş...

***

Bəxtiyar Vahabzadə Türkiyədə müayinə olunanda həkim dəhşətə gəlib. Rentgendən keçəndən sonra üzünü şairə tutub:

- Ola bilməz! Bəxtiyar müəllim, sizin ürəyiniz yoxdur.

Bəxtiyar Vahabzadə gülümsünüb:

- Ürəyim var, ancaq sağdadır.

Həqiqətən şairin ürəyi sağda idi.

Nəsiminin məşhur misrasına mübahisəli düzəlişi o edib. "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrasını daha rahat izah etmək üçün "Məndə sığar ikən cahan...” kimi deyib və bununla da qəzəl belə deyilməyə başlayıb.

***

O, həyat yoldaşını Sabir bağında təsadüfən anasıyla görüb, bəyənib və elçi göndərib. Razılıqdan sonra evləniblər. Onda Bəxtiyar müəllimin 25, qızın 17 yaşı varmış.

***

Onun yazdıqlarından özünə qarşı istifadə ediblər. Məsələn, poemalarının birində oxucu kitabxanaçıdan kitab soruşur:

"Namus”u yoxdurmu Şirvanzadənin?”

Məlumdur ki, oxucu kitabxanaçıdan erməni yazıçı Şirvanzadənin "Namus” kitabını istəyir. Amma şairi millətçilikdə ittiham etmək istəyənlər yazıb ki, guya Vahabzadə böyük erməni yazıçısı Şirvanzadənin namusu olub-olmadığını şübhə altına alıb.

Oğlu onun ölüm xəbərini İstanbulda televizordan eşidib.

***

Yeri gəlmişkən, Bəxtiyar Vahabzadə Türkiyədə ən çox tanınan Azərbaycan şairidir. Onu nəinki mərkəz şəhərlərdə, hətta Türkiyənin əyalətlərində də tanıyırlar.

***
O, həm də ən çox fəxri adı və titulu olan Azərbaycan şairidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb