BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

"Biz də futbol oynaya bilirik" - Təmkin Xəlilzadə

İDMAN
10:25 10.09.2019
2385
AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə jurnalistlərə müsahibə verib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, matçda Azərbaycan millisinin bərabərlik qolunu vuran futbolçu əvvəlcə oyunu şərh edib:

"Uelslə görüşdən sonra bu oyuna hazırlaşmağa çox da vaxtımız olmamışdı. Britaniyadakı məğlubiyyət bizi bir qədər üzmüşdü. Buraxdığımız qollar, xüsusən, 85-ci dəqiqədə qapımızda gördüyümüz qol bizim səfərdən xalla qayıtmağa olan inamımızın üstündən xətt çəkmişdi.

Sevinirik ki, Bakıya döndükdən sonra baş məşqçimiz bizi bu görüşə tam köklədi, hazırlaşdıq və yaxşı nəticə əldə etdik. Düzdür, Xorvatiyanı yaxşı incələmişdik, amma bu rəqibin analizə o qədər də ehtiyacı yox idi. Onların kimlikləri hamıya məlum idi:

Dünya ikincisi olmuşdular. Oyunun ilk 10 dəqiqəsi ərzində çoxlu qol imkanları oldu. Lakin qapıçımız Emil Balayev xeyli inamlı çıxış etdi. İkinci hissədə oyuna girdikdən sonra ilk epizodumda Cavid Hüseynovla "divar ötürməsi" nəticəsində zərbəmi rəqib qapıçı dəf etdi.

Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümə inam yarandı. Sonadək vuruşduq və 1:1 hesablı heç-heçəyə nail olduq. Qolu vurduğuma görə isə çox xoşbəxtəm".

- Xorvatiya millisi Bakıya Slovakiya üzərində 4:0 hesablı səfər qələbəsi ilə gəlmişdi. Düşünmürdünüz ki, yenə böyük hesabla uduza bilərsiniz... 

- Bu rəqibi Zaqrebdə 1:2 hesabı ilə uduzduğumuz görüşdən tanıyırdıq. Bu, futboldur. 0:5 hesabı ilə uduza və ya 1:0 hesablı qələbə qazana bilərsən. Hər cür nəticə gözləniləndir. Futbol elə yerə gəlib çıxıb ki, hər bir komanda müqavimət göstərməyi bacarır. Meydana çıxarkən həm xalqımıza, həm də dünyaya onu göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik, əl-qolumuzu yanımıza sallamırıq. Sevinirik ki, xal qazandıq.

- Sizcə, Xorvatiyaya qalib gəlmək mümkün idi?

- Qol imkanları rəqibdə də, bizdə də var idi. Son dəqiqələrdə bəlkə də qələbə qolunu vurmaq olardı. Amma olmadı.

- Qrupu xalsız da başa vurma ehtimalı var idi. Amma artıq ilk xal qazanılıb. Qrup mərhələsini neçə xalla başa vurmaq olar?

- Növbəti oyunumuz səfərdə Macarıstanladır. Daha sonra Slovakiya ilə səfər və Uelslə ev oyunu olacaq. Qalan 3 maçtda da çalışacağıq ki, xalqımızı sevindirək.

- Rəqibin müdafiə xəttini yararaq vurduğunuz qolla bağlı nə deyə bilərsiniz? 

- Özümə çox inanırdım. Məşqlərdə də belə epizodlar üzərində çox işləyirdik. Sevinirəm ki, alındı.

- Gələcək oyunlarda daha irəli mövqelərdə oynamağın mümkündür?

- Buna məşqçilər heyəti qərar verəcək. Hansı mövqeyə buraxsalar, milli komanda üçün əlimdən gələni etməyə hazıram.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:56 28.03.2020

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

23:44 28.03.2020

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!” - VİDEO

23:20 28.03.2020

Prezident: "Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir"

22:55 28.03.2020

Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"

22:52 28.03.2020

İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"

22:50 28.03.2020

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev

22:37 28.03.2020

“Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”

22:33 28.03.2020

Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO

22:25 28.03.2020

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

22:10 28.03.2020

Mehriban Əliyeva: "Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar"

21:53 28.03.2020

Azərbaycan Prezidenti: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına"

21:29 28.03.2020

İlham Əliyev tibb işçilərini alqışladı - VİDEO

21:20 28.03.2020

İtaliyada bu gün koronavirusdan 889 nəfər öldü

21:18 28.03.2020

“Biri deyir mənə heç nə olmaz, biri deyir mən qorxmuram” - İlham Əliyev

21:12 28.03.2020

"Yeni Çağ" ilə "Qızılbaş"dan "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına dəstək

21:03 28.03.2020

Daha bir nəfər koronavirusdan dünyasını dəyişdi - AzTV-nin hadisə yerindən VİDEOSU