23:45 Bazar Günü, 17 Noyabr 2019
MƏDƏNİYYƏT

“Biz şərqdənik” adlı filmin təqdimatı olacaq

13:35, 11.01.20121980
“Biz şərqdənik” adlı filmin təqdimatı olacaq

“Azərbaycan qadını” layihəsi çərçivəsində “Biz şərqdənik” adlı qısametrajlı filmin təqdimat mərasimi keçiriləcək.

 AZXEBER.COM portalının məlumatına görə, prototipləri cəmiyyətdə kifayət qədər tanınmış 3 fərqli qadının yaşam tərzindən bəhs edən film özündə mistik çalarlar da daşıyır. Belə ki, qəhrəmanların həyatı bəzi məqamlarda 11 yaşlı qızcığazla əsrarəngiz şəkildə kəsişir.

Film xüsusi olaraq, xarici kinofestivallarda Azərbaycanı təmsil etmək üçün hazırlanıb. Sirr deyil ki, dünyada çox zaman Azərbaycan qadını deyəndə islam dünyasının hüquqsuz elementi kimi az qala başı çadralı, bütün günü evdə oturan, yalnız ərinin əmrlərini yerinə yetirən obraz başa düşülür. Filmin yaradıcı heyəti bu mənfi stereotipi sındırmaq, “Biz şərqdənik, amma fərqli deyilik!” – deyə sosial mesaj ünvanlamağı qarşısına məqsəd qoyub.

Film görkəmli alim Aida İmanquliyevanın əziz xatirəsinə həsr olunub.

Tədbirdə millət vəkilləri, ictimaiyyət və QHT nümayəndələri, eləcə də media mənsubları iştirak edəcəklər.

XƏBƏR LENTİ