“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
MƏDƏNİYYƏT
23:33 13.06.2025
1445
Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı bu il 17–22 iyun tarixlərində keçiriləcək.

Bu barədə AZXEBER.COM-a Mədəniyyət Nazirliyindən bildirilib.

Festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, ümumilikdə 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edəcək. Festivalın açılış mərasimi iyunun 17-də Bakıda – Heydər Əliyev Sarayında "Bayatı” adlı konsert-tamaşa ilə baş tutacaq.

Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqədə ümumilikdə 30-dan çox gənc xanəndə və instrumental ifaçı iştirak edəcək. Festivalın proqramına İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin "Muğam saatı” proqramı əsasında interaktiv səs performansının, XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpiziomun, "Muğam 12” musiqi marafonunun keçirilməsi daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.

Müsabiqənin bağlanış mərasimi muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək. Qeyd edək ki, bu il mayın 10-da mərkəzin açılış mərasimində Prezident İlham Əliyev yaradılan şəraiti yüksək qiymətləndirmiş və orada müntəzəm muğam bayramlarının, o cümlədən muğam müsabiqələrinin keçirilməsini tövsiyə etmişdi. Bu baxımdan müsabiqə laureatlarının yekun konsertinin Ağdam Muğam Mərkəzində keçirilməsi təkcə muğamın deyil, həm də xalqımızın bu torpaqlara mənəvi-mədəni qayıdışını simvolizə edəcək.

Xatırladaq ki, "Muğam aləmi” beynəlxalq festivalı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan muğamının və əlaqəli musiqi formalarının ənənələrinin qorunması, ifası və tədqiqini təşviq edən ən önəmli beynəlxalq tədbirlərdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildən etibarən keçirilən festival ardıcıl olaraq 2011, 2013, 2015, 2018 və 2023-cü illərdə də dünyanın müxtəlif ölkələrindən sənətçiləri, musiqiçiləri, alimləri və mədəniyyət təbliğatçılarını bir araya gətirir, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, muğam irsinin yaşadılmasına böyük tövhələr verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı