Dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatovun bacısı, tanınmış pedaqoq və alim Roza Aytmatova 89 yaşında vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Aytmatova təhsil və elm sahəsindəki fəaliyyəti, həmçinin qadın hüquqları və vətəndaş cəmiyyəti hərəkatlarına verdiyi töhfələrlə tanınıb. O, pedaqogika üzrə 200-dən çox elmi və metodik məqalənin müəllifi olub.
1937-ci il martın 8-də anadan olan Roza Aytmatova qardaşı Çingiz Aytmatovun xatirəsinin yaşadılması istiqamətində də fəal iştirak edib.
Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan onun vəfatı ilə bağlı başsağlığı verib.
Gülay










































