19:29 Cümə Axşamı, 20 Fevral 2020
Seçki2020

“Bizim qayğılarımız eynidir,birlikdə həll edəcəyik” - Elnur Abbaszadə seçicilərlə görüşdü – Fotolar

12:38, 22.01.20202817
“Bizim qayğılarımız eynidir,birlikdə həll edəcəyik” - Elnur Abbaszadə seçicilərlə görüşdü – Fotolar
41 saylı Sumqayıt birinci seçki dairəsində namizəd tanınmış hüquqşunas Elnur Abbaszadə Sumqayıt şəh. 10 mkr. və Corat qəsəbəsində görüşlər keçirib.

AZXEBER.COM xəbər verir ki, görüşdə sakinlər bir sıra məsələləri qaldırıblar. Corat qəsəbəsində yarımtikilini yarasız vəziyyətdə olması gənclər üçün idman zalının olmaması və digər problemlər müzakirə olunub. Bununla bağlı Elnur Abbaszadə görüləcək işlər barədə aidiyyatı orqanlar qarşısında məsələ qaldırılcağına söz verib.

Müraciətdə gənclərin müəyyən qismi işsiz olduqları, həmçinin yeniyetmələrin idmana maraq göstərmələri barədə məlumat verilib

10 mkr sakinləri ilə görüşdə ərazidə olan problemlər barədə müraciət ediblər. Elnur Abbaszadə eyni qaydada müraciətlər rəsmi orqanlara göndərilməsi, qeyd olunan məsələləri nəzarət saxlanması və məlumat verilməsini qeyd edib.

Görüşlərdə sakinlər namizədə isti münasibət bəsləyiblər, seçkilərdə ona səs verəcəklərini bildiriblər. Elnur Abbaszadə hər bir sakinlə fərdi görüş keçirib onların qayğıları ilə maraqlanıb və söz verib ki yenilənən doğma Sumqayıt üçün əlindən gələni əsirgəməyəcək. Elnur Abbaszadə el ağsaqqlarında məsləhətlər alaraq, bildirib ki,mən sizlərdən biriyəm sizin qayğılarınız mənim qayğılarımla eynidir bu səbəbdən qayğılarımız birlikdə həll edək. O bildirib ki mən seçkilılərə ölkə başçsısı İlham Əliyevin çağırışı ilə qatılmışam. Ölkədə aparılan islahatlardan görürük ki, prezidentimizin hər bir adddımı bizlər üçün, gələcək nəslin daha da yaxşı yaşaması üçün hesablanıb. Bizlər hər zaman düşünülmüş uğurlu siyasəti dəstəkləyəcəyik. Bizlər hər zaman qüdrətlənən Azərbaycanımız üçün çalışacayıq.

Görüşlər davam edir.
 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ