BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi

BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi
SİYASƏT
22:32 17.01.2020
6576
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri tərəfindən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.

Bu barədə AZXEBER.COM-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Sənəddə Ermənistan tərəfindən nəzarət olunan, təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmənin nəticəsindən başqa bir şey olmayan qondarma rejimin qeyri-qanuniliyinin beynəlxalq səviyyədə dəfələrlə bəyan edildiyi öz əksini tapıb. Bu xüsusda, 2015-ci ilin 16 iyun tarixində qəbul edilmiş "Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının qərarına istinad edilərək qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ regionunda və Azərbaycanın digər işğal olunmuş ərazilərində tam nəzarəti həyata keçirir.

Eyni zamanda sənəddə beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf ərazilər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyi, eləcə də Azərbaycan ərazilərinin işğalının pislənildiyi qeyd olunur, işğal olunmuş ərazilərdən bütün erməni qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu bildirilir.

Sənəddə 11 iyul 2014-cü il tarixində azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi və digər azərbaycanlı mülki şəxs Həsən Həsənovun qəddarcasına qətlə yetirilməsi faktı öz əksini tapıb.

Erməni tərəfinin uydurulmuş iddialar əsasında qanunsuz olaraq D.Əsgərovu "ömürlük”, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdiyi sənəddə xüsusilə vurğulanır. Eyni zamanda, Həsən Həsənovun nəşinin demək olar ki 3 aydan sonra, 2014-cü ilin 2 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçilyi ilə qaytarıldığı qeyd olunur.

2019-cu ilin 5-6 dekabr tarixlərində Bratislavada ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışı zamanı xüsusilə D.Əsgərov və Ş.Quliyevin məsələsinə toxunduğu, Ermənistan tərəfinin isə "hamının hamıya” prinsipi əsasında onların azad olunmasının əleyhinə olduğu sənəddə vurğulanır.

Bu xüsusda, Azərbaycanın BMT yanında daimi nümayəndəsi D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi ilə əlaqədar BMT Baş katibinə ünvanladığı məktubda Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin qanunsuz və səlahiyyətsiz qurumu tərəfindən sözügedən şəxslərin uydurma ittihamlar əsasında qanunsuz olaraq həbs olunduğunu, saxlanıldığını, süni "məhkəmə” ilə üzləşdiklərini və uzun müddətli azadlıqdan məhrumetmə ilə məhkum olunduqlarını xüsusilə qeyd edib. Eyni zamanda, D.Əsgərov və Ş.Quliyevə qarşı irəli sürülən ittihamlar barədə onlara məlumat verilmədiyi, eləcə də bir müddət yazışma və ünsiyyət hüququndan məhrum etməklə saxlanıldıqları məktubda diqqətə çatdırılır.

Sənəddə qondarma "məhkəmə”dən öncə və "məhkəmə” ərzində onların Ermənistan rəsmiləri tərəfindən səsləndirilmiş bəyanatlarda "təxribatçılar”, "qatillər” və "muzdlu cinayətkarlar” kimi qələmə verildiyini diqqətə çatdırılır, eləcə də sözügedən şəxslərə qarşı irəli sürülən ittihamların onların başa düşdükləri dildə izah olunmadığı, tərcüməçi vasitəsilə onlara adekvat köməkliyin göstərilmədiyi və "məhkəmə”nin onların başa düşmədiyi erməni dilində aparıldığı bildirilir.

Hal-hazırda D.Əsgərov və Ş.Quliyevin həbsxanada tam izolyasiyada saxlanıldığı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən səfərlər istisna olmaqla heç bir əlaqələrinin olmadığı sənəddə xüsusilə vurğulanır. Burada, həmçinin D.Əsgərov və Ş.Quliyevin etnik mənşəyinə və milli mənsubiyyətinə görə diskriminasiyaya məruz qaldığı qeyd olunur və onların həbslərinin heç bir hüquqi əsasının və ya legitimliyinin olmadığı, eləcə də sözügedən şəxslərin hüquqlarının pozulmasının Avropa İnsan Hüquqları Məhkəməsində şikayət mövzusu olduğu bildirilir.

Sonda sənəddə Azərbaycan Respublikasının BMT, eləcə də onun müvafiq insan hüquqları mexanizmləri və prosedurlarının D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağını, eləcə də onların dərhal və qeyd-şərtsiz azad olunması və ailələri ilə bir araya gəlmələrinin təmin edilməsi istiqamətində səy göstərəcəklərini gözlədiyi xüsusilə qeyd olunur.
tərəfindənermənistanƏsgərovquliyevineləcəonlarınqanunsuzxüsusiləazərbaycanınişğalsənəddəazərbaycanolunmuşolunurqondarmasənəddərespublikasınınəsasındasözügedənzamanda

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir