Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq

DÜNYA
21:29 16.10.2026
129
Ukrayna yaxın vaxtlarda ilk İsveç istehsalı olan "Gripen” qırıcılarını almalıdır.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristersson ilə Brüsseldə keçirilən görüşdən sonra məlumat verib.

Zelenski qeyd edib ki, görüşdə Ukraynanın davamlı hücumlardan müdafiəsi üçün ehtiyacları, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məsələsi müzakirə olunub.

"Gripen” qırıcıları Ukraynanın arsenalındakı F-16 təyyarələrini tamamlayacaq. Zelenskinin sözlərinə görə, bu təyyarələr, xüsusilə reaktiv mühərrikli "Şahed” dronlarının vurulmasında faydalı olacaq.

İsveçin Baş naziri Ulf Kristersson isə bildirib ki, "Gripen” qırıcılarının Ukraynada istifadəyə hazırlanması prosesi gedir və pilotlar təlim keçir. O, yeni təyyarələrin Ukraynanın müdafiə sisteminə inteqrasiyası ilə bağlı çətinliklərin uğurla aradan qaldırıldığını vurğulayıb.

Kristersson həmçinin Ukraynanın 2026-cı ilin sonunadək və 2027-ci ildə maliyyə dəstəyinə böyük ehtiyacı olacağını bildirib. Onun sözlərinə görə, Rusiyaya təzyiqlər artırılmalı, Ukraynaya uzunmüddətli dəstək mexanizmləri gücləndirilməlidir.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026