xari

BŞTİ müdiri valideynlərin qiymətləndirmədə övladlarına köməyindən danışdı

SOSİAL
13:03 27.01.2021
225
"Qiymətləndirmənin aparılması məsuliyyətinin bir hissəsi müəllimlərə verildi. Çünki onlar şagirdlərini yaxşı tanıyır. Valideyn neqativ hallara yol verirsə və sualların cavablandırılmasında köməklik edirsə, övladının gələcək təhsilinə səd çəkir. Burada uduzan şagirddir”.
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva media nümayəndələri üçün keçirilən "Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zəif olan şagird qiymətləndirmədə yüksək nəticə göstərirsə, burada məktəb yox, şagird uduzur: "Valideyn öz övladına kömək edirsə, buna nəsə edə bilmərik. O, sadəcə övladına qarşı yalan danışmış olur”.

OXŞAR XƏBƏRLƏR