19:17 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

Bu il Azərbaycana rekord sayda maşın gətirilib - VİDEO

22:49, 27.12.20121229
Bu il Azərbaycana rekord sayda maşın gətirilib - VİDEO
Bu il Azərbaycana rekord səviyyədə maşın idxal olunub. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda əsasən cari ilin 11 ayı ərzində Azərbaycana təxminən 1 milyard dollar dəyərində 92 828 ədəd avtomobil idxal olunub.Qeyd edək ki, Azərbaycanın tarixində ən çox avtomobil idxalı ilk dəfə 2008-ci ildə qeydə alınmışdı. Həmin il ölkəmizə 89044 ədəd avtomobil idxal olunmuşdu. Azərbaycanda hazırda hər 1 km-ə 41,3 maşın düşürsə, Bakıda bu rəqəm hər km-ə 425 ədəd maşın deməkdir. Paytaxt ərazisində 1 maşına isə 2,34 metr yol düşür.Yol polisi bəyan edir ki, şəhər yollarında maşınların sayının artması yol qaydalarına riayət edilməsi prosesinə də ciddi maneə törədir. BŞDYİ-nin şöbə müdiri Kamran Əliyev bildirdi ki, texniki cəhətdən nasaz avtomobilin idarə olunması tıxac zamanı problem yaradır.Mütəxəssislərin fikrincə, son bir neçə ildə ölkədəki avtomobillərin sayı ilbəil 7-8% artır. Əgər bu tendensiya belə davam edərsə, yaxın 10 ildə Azərbaycanda maşınların sayı 2 milyonu ötəcək.İqtisadçi ekspert Ramin Osmanlı deyir ki, bu ümumilikdə iqtisadiyyatın inkişafına təsir edən nəticədir. İdxal varsa, bu, tələbatın yüksək olmasından xəbər verir. Bazarda tələbin təklifi üstələməsi dinamikanın artımı ilə nəticələnəcək. Bu özünü qiymət artımında da göstərəcək.Qeyd edək ki, Azərbaycan hər km-ə düşən maşın göstəricilərinə görə Moskva və Ukraynanı qabaqlayır. Müqayisə üçün deyək ki, Avropada maşınların sıxlığı çox azdır. Və hətta Finlandiyada hər maşına 68 metr, Fransada isə 50 metr yol düşür.
XƏBƏR LENTİ