Yelo Bank-ın yay təcrübə proqramı — “Summer Challenge” başladı!

Yelo Bank-ın yay təcrübə proqramı — “Summer Challenge” başladı!
İQTİSADİYYAT
12:20 10.07.2025
532

Gənclərin təhsilini və karyera yolunu daim dəstəkləyən Yelo Bank bu il də ənənəsini davam etdirərək "Summer Challenge” yay təcrübə proqramını uğurla start verdi.

Artıq 5-ci dəfədir keçirilən və hər il böyük maraqla qarşılanan proqram üçün 600-dən çox namizəd qeydiyyatdan keçmişdi. Onlar arasından 55 nəfər istedadlı gənc seçilərək Yelo Bank-ın Baş ofisi və filiallarında təcrübə keçmək imkanı qazandılar.

 

Təcrübəçilərlə Yelo Bank-ın baş ofisində ilk tanışlıq görüşü keçirildi. Görüşdə çıxış edən İdarə Heyətinin sədri Anar Həsənov gəncləri səmimi salamlayaraq, onlara uğurlar arzuladı. O öz çıxışında iştirakçılara tövsiyələr verərək, proqram müddətində fürsətləri dəyərləndirib, həm biliklərini artırmağı, həm də özlərini ifadə etməyi tövsiyə etdi.

 

Təcrübəçilər öz maraq və bacarıqlarına uyğun olaraq Alternativ kanallarla satış, Mikro biznes müştərilərlə iş, Bank sistemləri departamenti, CVM və BI, Proqramlaşdırma və analitika mərkəzi, Hüquq departamenti, Brendin idarəedilməsi, İnsan Kapitalının idarəedilməsi, İnformasiya təhlükəsizliyi, Risklərin idarəedilməsi və Bankın xidmət şəbəkəsində müxtəlif sahələrdə çalışacaqlar. Proqram müddətində onlar dərin biliklər əldə edəcək, güclü komandanın bir hissəsi kimi çalışacaq və uğurlu karyera üçün vacib olan bacarıqlarını inkişaf etdirəcəklər.

 

Təcrübə müddəti başa çatdıqdan sonra fəallığı və bacarığı ilə seçilən iştirakçılar Yelo Bank-da işə qəbul ediləcəklər. Qeyd edək ki, əvvəlki illərin uğurlu məzunları artıq Yelo komandasında karyeralarını davam etdirirlər.

 

Yelo Bank bundan sonra da gənclərin inkişafına dəstək olan təşəbbüslərlə onların yanında olmağa davam edəcək.


 Banklarda təcrübə proqramları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
 
 Yelo Bank – Parlaq bankçılıq!

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda ORFF metodikasına əsaslanan “Body2Game” təlimi ikinci dəfə uğurla həyata keçirildi
12:00 21.04.2026
Azərbaycanda ORFF metodikasına əsaslanan “Body2Game” təlimi ikinci dəfə uğurla həyata keçirildi
Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi
11:51 21.04.2026
Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi
“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - VİDEO
11:48 21.04.2026
“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - VİDEO
İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu
11:43 21.04.2026
İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu
17 gün əvvəl müşavir təyin olunmuşdu, bu gün işdən çıxarıldı – Anar Bayramov islahatlara başladı
11:38 21.04.2026
17 gün əvvəl müşavir təyin olunmuşdu, bu gün işdən çıxarıldı – Anar Bayramov islahatlara başladı
Bu yolda sürət həddi bərpa edildi
11:37 21.04.2026
Bu yolda sürət həddi bərpa edildi
Məşhur reper ikinci dəfə baba oldu
11:32 21.04.2026
Məşhur reper ikinci dəfə baba oldu
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
11:09 21.04.2026
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq
11:04 21.04.2026
Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq
Sevgilisinə bir milyon qızılgül göndərdi - FOTOLAR
10:52 21.04.2026
Sevgilisinə bir milyon qızılgül göndərdi - FOTOLAR
“Regionlarda peşə təhsilinin inkişafında dövlət-özəl əməkdaşlığı” mövzusunda tədbir keçirilDİ - FOTOLAR
10:37 21.04.2026
“Regionlarda peşə təhsilinin inkişafında dövlət-özəl əməkdaşlığı” mövzusunda tədbir keçirilDİ - FOTOLAR
İllər sonra ekrana dönən aktrisa çəkiliş meydançasında - FOTOLAR
10:30 21.04.2026
İllər sonra ekrana dönən aktrisa çəkiliş meydançasında - FOTOLAR
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
10:29 21.04.2026
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Azərbaycan neftinin qiyməti 110 dolları keçdi
10:18 21.04.2026
Azərbaycan neftinin qiyməti 110 dolları keçdi
Alimenti rədd etdi, qızına öz soyadını verdi
10:17 21.04.2026
Alimenti rədd etdi, qızına öz soyadını verdi
Azərbaycanda bəzi yerlərdə yağıntı intensivləşib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
10:10 21.04.2026
Azərbaycanda bəzi yerlərdə yağıntı intensivləşib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA