"Bu peşə qorxaqların işi deyil" - Fatih Terim hakimləri günahlandırdı

"Bu peşə qorxaqların işi deyil" - Fatih Terim hakimləri günahlandırdı
İDMAN
11:40 15.04.2019
3363
"Qırmızı vərəqəyə qədər rəqibə zərbə imkanı vermədik, "qırmızı"dan sonra üstünlük bizdə idi. "Fənərbaxça"nın daha 1-2 oyunçusu meydandan qovula bilərdi. Rahat qələbə qazanacağımız oyunda xal itirdik. Arxayınlıq bərabərlik qoluna səbəb oldu".

AZXEBER.COM matc.az-a istinadən xəbər verir ki, bunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim deyib.

Türkiyə Superliqasının XXVIII turunda "Fənərbaxça"nın qonağı olan "Qalatasaray" heç-heçə edərək (1:1), çempionluq yolunda ciddi zərbə alıb. Oyunsonrası mətbuat konfransında Terim hakimlik barədə sərt danışacağı təqdirdə cəzalandırılacağını bildirib: "Buna şərait yaratmaq istəmirəm. Qəribə hadisələr yaşanır. Kəlmələri seçməkdə çətinlik çəkirəm. Azlıqda qalan rəqibi məğlub edə bilmədik. Ancaq VAR-a baxıb cərimə zərbəsini göstərilməli idi. Hansısa komandanın yaxşı və ya pis oynamağı hakimi maraqlandırmamalıdı".

Təcrübəli mütəxəssis buraxdıqları qol epizodunda kobudluq olduğunu deyib: "Həmin epizodu hamı gördü. Bu peşə qorxaqların işi deyil. Cərimə zərbəsi rəqibə görə dəyişmir, hamıya görə eynidi. Hakimin qoldan sonra danışmağı, gözləməyi özü nəyinsə olduğunu göstərir. Xal itirən kimi, Fatih Terimi günahlandırırlar. Boş yerə cəza alıb komandamı pis vəziyyətdə qoymaq istəmirəm. Biz bu mövsüm belə şeylərə öyrəşdik. Yaxşı, Mehmet Topalın hərəkəti nə idi? Bir komandanı azlıqda qoyub, sonra bərabərlik yaransın deyə belə haqsızlıq etmək olar? Açıq şəkildə meydandan kənarda baş verənlərlə mübarizə aparırıq. Deməli, hakimi də məğlub etməliyik".

66 yaşlı çalışdırıcı çempionluq uğrunda sona qədər "döyüşəcəklərini" vurğulayıb: "Bu itki məni çox üzdü. Amma təslim olmayacaq, son tura qədər mübarizə aparacağıq. Qələbə qazanmaq çox önəmli idi, olmadı. Görünən odu ki, olmaq imkanı da yox idi. Son 6 oyunda 18 xal toplamalıyıq".

Qeyd edək ki, XXVIII turdan sonra aktivində 56 xal olan "Qalatasaray" lider "Başakşəhər"dən 5 xal geri qalır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb