01:57 çərşənbə, 26 Fevral 2020
Maqazin

Cavanşir Məmmədov Murat Bozu yıxıb-sürüdü

01:23, 14.03.20123327
Cavanşir Məmmədov Murat Bozu yıxıb-sürüdü
Türkiyəli müğənni Murat Bozun martın 21-də Bakıda verəcəyi konsertdə çıxış etmək üçün yerli müğənnilərin bir neçəsi təşkilatçılara pul təklif edib. Bunu konsert öncəsi keçirilən mətbuat konfransında təşkilatçılar deyib. Konfransda bildirilib ki, həmin təklifi edən müğənnilərdən biri də əməkdar artist Cavanşir Məmmədovdur.  Məsələ ilə bağlı əməkdar artistin fikrini öyrəndik. Məsələylə bağlı açıqlama verən Cavanşir Məmmədov bildirdi ki, əslində Murat Bozun konsertində çıxış etmək üçün onun özünə təklif gəlib, bunun qarşılığında isə müğənnidən 1500 manat pul istəyiblər: “Mənə dedilər ki, Murat Bozun konserti olacaq, Sizi də çıxış etmək üçün dəvət edirik. Amma əvəzində məndən 1500 manat pul istədilər. Təklifi də özləri ediblər, üstəlik pulu da özləri istəyiblər. Mən də əlbəttə, birmənalı olaraq bu təklifi rədd etdim. Murat Bozdur, kimdir, heç bilmirəm. Onun konsertində çıxış etmək üçün niyə pul verməliyəm? Əksinə, o mənə pul versin”.  Cavanşir Məmmədov bildirib ki, bu təklifi özünə qarşı təhqir hesab edib: “Mən bunu özümə qarşı təhqir hesab edirəm. Bizimkilər xalqın sənətkarlarının qədir-qiymətini belə bilirlər. Mən çox tanınmışlarla səhnə bölüşmüşəm. Mahsun Qırmızıgüllə, İbrahim Tatlısəslə, Filip Kirkorovla, Alla Puqaçova ilə, Əmrahla səhnə paylaşmışam. İndi bunlar deyirlər mən Murat Bozla oxumaq üçün pul verməliyəm. Mənim sənətimin yaşı qədər Murat Bozun yaşı yoxdur. 35 ildir bu sənətdəyəm. Bilirsiniz bu təklif eyni ilə nəyə bənzədi? Təsəvvür edin ki, bizim tanınmayan müğənnilərdən kimsə İbrahim Tatlısəsə təklif edir ki, bu qədər pul ver, gəl mənim konsertimdə oxu. Görürsünüz necə gülüncdür”. /// lent.az
XƏBƏR LENTİ