xari

Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - Foto

SOSİAL
11:33 28.02.2021
419
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.
 

 


OXŞAR XƏBƏRLƏR