07:13 çərşənbə, 26 Fevral 2020
Maqazin

Daha üç ölkənin 'Eurovision' təmsilçisini bəlli oldu

11:43, 12.03.20121409
Daha üç ölkənin 'Eurovision' təmsilçisini bəlli oldu

Daha üç ölkə "Eurovision 2012" mahnı müsabiqəsində təmsilçisini seçib. Bu barədə Trend müsabiqənin rəsmi saytına istinadən xəbər verir.

Portuqaliyanı Bakıda keçiriləcək mahnı müsabiqəsində Filipa Sousa adlı müğənni təmsil edəcək. Martın 10-da paytaxt Lissabonda ölkənin "Eurovision 2012" təmsilçisini seçmək üçün Milli Final keçirilib. Finalın nəticələrinə əsasən, müsabiqədə bu ölkə adından Filipa Sousa "Vida Minha" ("Mənim həyatım") adlı mahnı ilə çıxış edəcək.

Portuqaliya təmsilçisi Bakıda mayın 24-də keçiriləcək ikinci yarımfinalda mübarizəyə qoşulacaq.

Rumıniya da "Eurovision 2012"-dəki iştirakçısını müəyyənləşdirib. Mandinga bu ölkənin müsabiqədəki təmsilçisi seçilib. Mandinga Bakıda "Zaleilah" adlı mahnıyla çıxış edəcək. Mahnı ispan və ingilis dilində ifa olunacaq.

Rumıniya "Bakı Kristal Zalı"nda mayın 22-də keçiriləcək birinci yarımfinalda finala keçmək uğrunda mübarizə aparacaq.İsveçi Bakıdakı "Eurovision" şousunda Mərakeş əsilli Loren "Euphoria" adlı mahnı ilə təmsil edəcək.

İsveç 57-ci "Eurovision" mahnı müsabiqəsində mübarizəyə ikinci yarımfinaldan qatılacaq.

XƏBƏR LENTİ