xari

“Daşnaksütyun”un rəsmisi: “Paşinyan satqındır”

18:57 10.01.2021
309
"Ermənistanda 16 müxalifət partiyası tərəfindən yaradılan "Vətənin qurtuluşu üzrə hərəkatı” hökumətin istefası üçün mübarizəsini davam etdirəcək”.

Bunu "Daşnaksütyun"un rəsmisi İşxan Saqatelyan deyib.

Siyasətçi müxalifət tərəfdarlarına hakim partiyadakı bütün millət vəkillərinə etirazlarını bildirmələri ilə bağlı çağırış edib:

"Satqına (Nikol Paşinyan – Red) dəstək olmaq da satqınlıqdır. Qonşularınız, qohumlarınız və dostlarınıza izah edin ki, Ermənistanın qurtuluş yolu yalnız bu satqının istefasıdır. Onsuz nə təhlükəsizlik, nə də rifah olacaq”.
 
///Report

OXŞAR XƏBƏRLƏR