09:46 şənbə, 25 Yanvar 2020
DÜNYA

Dəhşətli qəzada ölən kapitanın həyat yoldaşı: “Qızım atasının öldürüldüyünü yuxuda görmüşdü”

14:49, 11.01.20206216
Dəhşətli qəzada ölən kapitanın həyat yoldaşı: “Qızım atasının öldürüldüyünü yuxuda görmüşdü”
İranda "Boeing-737” təyyarə qəzası nəticəsində həlak olmuş kapitanın həyat yoldaşı Yekaterina Qaponenko faciədən öncə ürəyinə daman fikirlər haqqında danışıb. 

Təyyarə kapitanının həyat yoldaşı "Stranı” nəşrinə verdiyi müsahibədə təyyarənin qəzaya uğrayacağını əvvəlcədən hiss etdiyini bildirib.

Qadın övladının bir neçə gün öncə baş verəcək faciə haqqında qızının yuxu gördüyünə xüsusi diqqət çəkib:

"Kiçik qızım qəzadan bir gün öncə yuxuda atasının öldürüldüyünü görüb. Maraqlıdır ki, evdə olan saatın da əqrəbləri öz-özünə dayanıb. Həyat yoldaşım bir müddət əvvəl 50 illik yubileyini qeyd etmişdi və ona hədiyyə edilən saatın ölümündən öncə işləməməsini pis əlamət kimi qiymətləndirmişdik”.
 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ