12:42 şənbə, 18 Yanvar 2020
DÜNYA

Dəhşətli qəzadan əvvəl sərnişin əri ilə danışıb: “Narahatam”

15:30, 09.01.20207538
Dəhşətli qəzadan əvvəl sərnişin əri ilə danışıb: “Narahatam”
Tehranda qəzaya uğrayan təyyarənin sərnişini, Kanadadan Tehrana anasını və bacısını ziyarətə gələn Şeyda Şadko uçuşdan 20 dəqiqə əvvəl ərinə zəng vurub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, o, əri Həsən Şadko ilə danışaraq ona uğur diləməsini istəyib.

Şeyda Şadko Trampın əmri ilə İran generalının öldürülməsindən sonra müharibə ola biləcəyi üçün narahat olduğunu bildirib.

"Ona heç bir şey olmayacaq, narahat olma, dedim", - deyən Həsən Şadko arvadının "Yaxşı. Telefonumu söndürməliyəm, təyyarə uçuşa başlayır", - söylədiyini bildirib.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və 9 heyət üzvü həlak olub.
XƏBƏR LENTİ