Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA

20 Sentyabr 2017, 11:51
AAA

2007-ci ölkə prezidentinin sərəncamı ilə yaradılan Dövlət Bayrağı Meydanındakı bayraq 10 il sonra səbəbi müəmmalı qalan səbəblərdən sökülüb. Əksəriyyət ərazinin sürüşmə zonası olduğunu, meydanda çatlar əmələ gəldiyini bildirsə də, rəsmi qurum bununla qətiyyən razılaşmır.

İki aya yaxındır ki, meydan bayraqsız qalıb.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov modern.az-a hələlik texniki baxışın yekunlaşmadığını açıqlayıb:

"Hazırda Bayraq Meydanındakı dirəyin üst hissəsi sökülüb. Onun altında olan mexanizm yoxlanılır, alt hissəyə texniki baxış keçirilir".
Qurum rəsmisi təmir-bərpa işlərinin nə vaxt yekunlaşacağı ilə bağlı məlumatsız olduğunu bildirib.
N.Məcidov bayrağın hündürlüyünün artırılması ilə bağlı hər hansı qərar verilmədiyini də qeyd edib. 
 
Qeyd edək ki, "Ginnesin dünya rekordları təşkilatı" 2010-cu il mayın 29-da Azərbaycandakı Dövlət Bayrağı Meydanında bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycanın gerbi, dövlət himninin mətni və xəritə qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

 

Azərbaycandakı bayraq tikilən zaman ən hündür olsa da, sonrakı illərdə Tacikistanda və Səudiyyə Ərəbistanında 165 metr hündürlüyündə bayraq dirəyi hazırlanıb. Ölçülərinə görə, dünyada ən böyük dirəyi olan bayraqların eni 30 metr, uzunluğu 60 metrdir. 

Azərbaycan bayrağı isə ölçülərinə görə hələ də 1-ci yerdədir (35 m en, 70 m uzunluq). 
 
Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət atributunun önəmini vurğulayan sərəncam məhz 2007-ci ildə imzalanıb. Bu sərəncamla Bakıda Dövlət Bayrağı Meydanı yaradılıb.
 
Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
 
Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.


Oxunma sayı : 175

SON XƏBƏRLƏR
Bakıda 70 "avtoş" saxlanıldı - 19 Oktyabr 2017, 19:53
Amerikalı həmsədrdən Qarabağ bəyanatı - 19 Oktyabr 2017, 19:51
FETÖ-nün Azərbaycandakı "boz kardinalı" həbs edildi - 19 Oktyabr 2017, 19:50
Qadın sanıb evə apardı: soyunanda həyatının şokunu yaşadı - FOTO - 19 Oktyabr 2017, 19:49
Ən yaxşı 11-lik: Rəşad Sadıqov Messi ilə eyni siyahıda - 19 Oktyabr 2017, 19:47
Nazir Azad Rəhimov: "Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək" - 19 Oktyabr 2017, 19:46
Azərbaycan Prezidenti Türkiyədə səfərdədir726667 - 19 Oktyabr 2017, 19:43
Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu - FOTO - 19 Oktyabr 2017, 19:41
Dollar sabah neçəyə olacaq? - RƏSMİ MƏZƏNNƏ - 19 Oktyabr 2017, 18:37
11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç"a - 500 manat cərimə - 19 Oktyabr 2017, 17:44
"Biz öz gücümüzə arxalanmalıyıq" - Əli Həsənov - 19 Oktyabr 2017, 17:33
"Sənin Elşad Xose qədər ağlın olsaydı, bu sözü deməzdin" - Oksana keçmiş ərini müdafiə etdi - 19 Oktyabr 2017, 17:30
Rəşad Sadıqov Messi ilə eyni siyahıda - Ən yaxşı 11-lik - 19 Oktyabr 2017, 17:19
Prezident Xanbala Orucov haqqında sərəncam imzaladı - 19 Oktyabr 2017, 17:09
Çavuşoğludan Azərbaycana qarşı qəbul olunan sənədlə bağlı AÇIQLAMA - 19 Oktyabr 2017, 16:59
DYP açıqladı: Maşında söhbət etsəz, cərimələnəcəksiz - 19 Oktyabr 2017, 16:59
İTV-də maliyyə pozuntuları aşkarlandı - RƏSMİ - 19 Oktyabr 2017, 16:37
"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq - 19 Oktyabr 2017, 16:31
"Biz özümüzü gec-tez göstərməliydik" - Şehiç - 19 Oktyabr 2017, 16:20
4 noyabrın sirri açıldı - 19 Oktyabr 2017, 16:16
"Qanun nəşriyyatı" Gömrük İdarəsini məhkəməyə verdi - 19 Oktyabr 2017, 16:09
Nazir müavini nazirlə quda oldu - 19 Oktyabr 2017, 15:57
"Ndlovunun epizodunda penalti yox idi" - İspaniyalı məşhur hakim - 19 Oktyabr 2017, 15:48
Fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi - Bakıda şok - 19 Oktyabr 2017, 15:34
"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli oldu - 19 Oktyabr 2017, 15:24
Tibb bacısı olan ana işdə 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...- Salyanda faciə - 19 Oktyabr 2017, 15:00
Heydər Əsədov aqrar sektoru necə batırır - Dövlətin göyə sovrulan milyonları (RƏQƏMLƏR) - 19 Oktyabr 2017, 14:59
“Qarabağ”ın UEFA-da reytinqi açıqlandı - 19 Oktyabr 2017, 14:47
Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz" - 19 Oktyabr 2017, 14:32
Xəzərdə zəlzələ oldu - 19 Oktyabr 2017, 14:17
Müəllim "D" hərfini yaza bilməyən 1-ci sinif şagirdini şillələdi - VİDEO - 19 Oktyabr 2017, 13:59
"Məktəb illərində mənə qoçu deyirdilər" - Elza Seyidcahan - 19 Oktyabr 2017, 13:49
Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı - 19 Oktyabr 2017, 13:36
Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar - 19 Oktyabr 2017, 13:21
Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər - 19 Oktyabr 2017, 13:02
Ağdam rayon İcra Hakimiyyətinin başçısı məhkəməyə çağırıldı - 19 Oktyabr 2017, 13:00
""Maşın-şou"da qanun pozuntusu yoxdur” - MTRŞ sədri - 19 Oktyabr 2017, 12:45
Həbs ediləcəyi deyilən Şəmsəddin Hacıyev danışdı - “Əgər fakt təsdiq edilərsə…” - 19 Oktyabr 2017, 12:40
Nazirdən qriplə bağlı ƏMR - 19 Oktyabr 2017, 12:17
"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay - FOTO - 19 Oktyabr 2017, 12:03
Sevgilisi ilə qaçmaq istəyən qız öldü - 19 Oktyabr 2017, 11:53
"Könül Kərimovaya qanunsuz torpaq verilib" - Dövlət Komitəsi - 19 Oktyabr 2017, 11:51
Müsavatın yürüşünə icazə verilmədi - RƏSMİ - 19 Oktyabr 2017, 11:49
«Geostorm» - IMAX-da ekslüziv press-nümayiş baş tutdu - 19 Oktyabr 2017, 11:47
“Komandamızı sıxışdırdılar” — Prezidentin köməkçisindən Qarabağın oyunu haqqında ŞƏRH - 19 Oktyabr 2017, 11:45
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10