"Eldar Mahmudov bizdən nə istəyirdi?!"- intihar edən polkovnikin qardaşı

20 Sentyabr 2017, 16:59
AAA
Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə və 2014-cü ildə "Azərsu” ASC-də iqtisadçı vəzifəsində işləmiş Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) antiterror mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşı, polkovnik-leytenant Azər Mehdiyevin cinayət işinin materialları tələb olunub.
 
Hakim bildirib ki, həmin cinayət işində M.Mustafayevə aid olan şahidlərin ifadələri Bakı Hərbi Məhkəməsindən alınıb və hazırkı işə əlavə olunub.
 
Daha sonra M.Mustafayevin vəkili Adəm Məmmədov qeyd edib ki, müvəkkilinin əməlində heç bir cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, M.Mustafayevin MTN-in Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilməsi qabaqcadan qurulmuş oyundur.
 
Daha sonra çıxış edən Mətləb Mustafayev bildirib ki, 2014-cü ildə MTN-də işləyən kiçik qardaşı Malik Mustafayevlə birgə nazirliyə gedib: "Həmin vaxt qardaşım bildirdi ki, nazir Eldar Mahmudov məni yanına çağırır. Çünki Eldar Mahmudov qardaşımdan məni soruşmuşdu. Mənim Kərəm Həsənovla niyə yola getmədiyimi, işdən qanunsuz çıxarılmağım barədə Xətai rayon Məhkəməsinə, "Xalq”, "Respublika” və "Azərbaycan” qəzetlərinə müraciət etməyimi irad tutub. Mənim nazirliyə gəlməyimi istəmişdi. Maliklə gəldim, məni Elçin Quliyev və İlqar Əliyev qəbul elədi”.
 
Mətləb Mustafayev qeyd edib ki, 2014-cü il sentyabrın 11-də Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilib: "Grülən əməliyyatlara əsas rəhbərliyi İlqar Əliyev edib. Sentyabrın 10-da Eldar Mahmudov daxili rabitə telefonu vasitəsi ilə Elçin Quliyevə zəng edib bildirib ki, Mətləb Mustafayevin evində tapança olması barədə əməliyyat məlumatı var. Bundan bir həftə sonra nazir yenə də eyni qayda vasitəsi ilə Elçin Quliyevə bacımın evində silah olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib. Bütün bunları məhkəmədə Azər Mehdiyev açıqlayıb”.
 
MTN işində zərərçəkən çıxışında nazir mavinləri olmuş Hilal Əsədova, Əli Şəfiyevə və Elçin Əliyevə, həmçinin, idarə rəisləri olmuş – Əlimusa Əliyevə, Məzahir Yaqubova, Nəciməddin Həmidova, Pərviz Səfərova, Mövlan Şıxəliyevə  müraciət edib: "Bu şəxslərdən soruşmaq istəyirəm ki, nə səbəbdən nazir Eldar Mahmudovun qanunsuz hərəkətlərinə "dayan” deməyə cürət etməyiblər? Eldar Mahmudov məndən və qardaşımdan nə istəyib? Ona Cəbrayıl rayonu işğal olunan zaman oradan gətirdiyimiz iki dəst yorğan-döşək lazim idi? İstəyərdi, ona verərdik. Fikirləşərdik ki, həmin yorğan-döşəyimizdə işğal altında olan kəndimizdə qalıb. Nazir Eldar Mahmudovun biz iki qardaşa qarşı bu qədər müsibətlər etməkdə məqsədi nə olub?”.
 
Məhkəmə oktyabrın 4-də davam edəcək.
 
Qeyd edək ki, M.Mustafayev 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Həmin dövrdə MTN-in məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, M.Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.
Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayaraq, şikayəti təmin etməyib.
Müdafiə tərəfinin kassasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. M.Mustafayev apellyasiya şikayətində günahsız olduğunu, MTN-in antiterror mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Xatırladaq ki, M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq intihar edib.
Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.
İ.Əliyev intihar edəndən sonra Elçin Quliyev də həbs edilib. Hazırda E.Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilir.
E.Quliyevin cinayət işində Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.
///lent.az

Oxunma sayı : 172

SON XƏBƏRLƏR
Bakıda 70 "avtoş" saxlanıldı - 19 Oktyabr 2017, 19:53
Amerikalı həmsədrdən Qarabağ bəyanatı - 19 Oktyabr 2017, 19:51
FETÖ-nün Azərbaycandakı "boz kardinalı" həbs edildi - 19 Oktyabr 2017, 19:50
Qadın sanıb evə apardı: soyunanda həyatının şokunu yaşadı - FOTO - 19 Oktyabr 2017, 19:49
Ən yaxşı 11-lik: Rəşad Sadıqov Messi ilə eyni siyahıda - 19 Oktyabr 2017, 19:47
Nazir Azad Rəhimov: "Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək" - 19 Oktyabr 2017, 19:46
Azərbaycan Prezidenti Türkiyədə səfərdədir726667 - 19 Oktyabr 2017, 19:43
Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu - FOTO - 19 Oktyabr 2017, 19:41
Dollar sabah neçəyə olacaq? - RƏSMİ MƏZƏNNƏ - 19 Oktyabr 2017, 18:37
11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç"a - 500 manat cərimə - 19 Oktyabr 2017, 17:44
"Biz öz gücümüzə arxalanmalıyıq" - Əli Həsənov - 19 Oktyabr 2017, 17:33
"Sənin Elşad Xose qədər ağlın olsaydı, bu sözü deməzdin" - Oksana keçmiş ərini müdafiə etdi - 19 Oktyabr 2017, 17:30
Rəşad Sadıqov Messi ilə eyni siyahıda - Ən yaxşı 11-lik - 19 Oktyabr 2017, 17:19
Prezident Xanbala Orucov haqqında sərəncam imzaladı - 19 Oktyabr 2017, 17:09
Çavuşoğludan Azərbaycana qarşı qəbul olunan sənədlə bağlı AÇIQLAMA - 19 Oktyabr 2017, 16:59
DYP açıqladı: Maşında söhbət etsəz, cərimələnəcəksiz - 19 Oktyabr 2017, 16:59
İTV-də maliyyə pozuntuları aşkarlandı - RƏSMİ - 19 Oktyabr 2017, 16:37
"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq - 19 Oktyabr 2017, 16:31
"Biz özümüzü gec-tez göstərməliydik" - Şehiç - 19 Oktyabr 2017, 16:20
4 noyabrın sirri açıldı - 19 Oktyabr 2017, 16:16
"Qanun nəşriyyatı" Gömrük İdarəsini məhkəməyə verdi - 19 Oktyabr 2017, 16:09
Nazir müavini nazirlə quda oldu - 19 Oktyabr 2017, 15:57
"Ndlovunun epizodunda penalti yox idi" - İspaniyalı məşhur hakim - 19 Oktyabr 2017, 15:48
Fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi - Bakıda şok - 19 Oktyabr 2017, 15:34
"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli oldu - 19 Oktyabr 2017, 15:24
Tibb bacısı olan ana işdə 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...- Salyanda faciə - 19 Oktyabr 2017, 15:00
Heydər Əsədov aqrar sektoru necə batırır - Dövlətin göyə sovrulan milyonları (RƏQƏMLƏR) - 19 Oktyabr 2017, 14:59
“Qarabağ”ın UEFA-da reytinqi açıqlandı - 19 Oktyabr 2017, 14:47
Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz" - 19 Oktyabr 2017, 14:32
Xəzərdə zəlzələ oldu - 19 Oktyabr 2017, 14:17
Müəllim "D" hərfini yaza bilməyən 1-ci sinif şagirdini şillələdi - VİDEO - 19 Oktyabr 2017, 13:59
"Məktəb illərində mənə qoçu deyirdilər" - Elza Seyidcahan - 19 Oktyabr 2017, 13:49
Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı - 19 Oktyabr 2017, 13:36
Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar - 19 Oktyabr 2017, 13:21
Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər - 19 Oktyabr 2017, 13:02
Ağdam rayon İcra Hakimiyyətinin başçısı məhkəməyə çağırıldı - 19 Oktyabr 2017, 13:00
""Maşın-şou"da qanun pozuntusu yoxdur” - MTRŞ sədri - 19 Oktyabr 2017, 12:45
Həbs ediləcəyi deyilən Şəmsəddin Hacıyev danışdı - “Əgər fakt təsdiq edilərsə…” - 19 Oktyabr 2017, 12:40
Nazirdən qriplə bağlı ƏMR - 19 Oktyabr 2017, 12:17
"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay - FOTO - 19 Oktyabr 2017, 12:03
Sevgilisi ilə qaçmaq istəyən qız öldü - 19 Oktyabr 2017, 11:53
"Könül Kərimovaya qanunsuz torpaq verilib" - Dövlət Komitəsi - 19 Oktyabr 2017, 11:51
Müsavatın yürüşünə icazə verilmədi - RƏSMİ - 19 Oktyabr 2017, 11:49
«Geostorm» - IMAX-da ekslüziv press-nümayiş baş tutdu - 19 Oktyabr 2017, 11:47
“Komandamızı sıxışdırdılar” — Prezidentin köməkçisindən Qarabağın oyunu haqqında ŞƏRH - 19 Oktyabr 2017, 11:45
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10