10:55 şənbə, 29 Fevral 2020
Seçki2020

Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb” - Məzahir Pənahov

15:28, 17.01.20205209
Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb” - Məzahir Pənahov
"Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər. Elə namizədlər var deyir ki, "atamdan qalan əmlak yadımdan çıxıb". Buna nə cür inanmaq olar?"

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər buna tutarlı bir səbəb də gətirmirlər: "Adi bir səhfə görə onların namizədlikləri qeydə alınmır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm".

M.Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə verib.
 

XƏBƏR LENTİ