14:57 Bazar Günü, 26 Yanvar 2020
SOSİAL

Kəramət Böyükçöl deputat olmaq istəyir - Namizədliyini verdi

18:41, 15.12.20195125
Kəramət Böyükçöl deputat olmaq istəyir - Namizədliyini verdi
Tanınmış yazıçı Kəramət Böyükçöl də deputat olmaq istəyir.

AZXEBER.COM xəbər verir ki, yazıçı 80 saylı İmişli - Beyləqan seçki dairəsindən namizəd olacaq. 

Kəramət bildirib: 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyimi verəcəm. Sabahdan işlərə başlayıram. Demirəm, yüz faiz deputat olacağam. O qədər sadəlövh deyiləm. Sadəcə, həm bəxtimi, həm də ölkəmi sınayım, görüm fikirlərimdə yanılmamışam ki? Bütün hallarda mənim gözümdə Azərbaycan xalqı yalnız soğan əkməyə, Azərbaycan müəllimi fəhlə işləməyə layiq deyil. Sevgilər! İnanıram ki, dəstəkləyənlər çox olacaq. Amma görək hakimiyyət doğrudan gənclərə imkan verəcək? Dostlarımdan da xahiş edirəm, dəstəyini əsirgəməsinlər, fikir və təkliflərini rəydə yazsınlar. Getdim. Uğurlar! Kömək etməsəniz də, xeyir-dua verin, bəsimdir.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ