Ermənilər “fake” videoları necə hazırlayır? - VİDEO

DÜNYA
17:15 26.10.2020
714

Ermənistanın rəsmi və qeyri-rəsmi məlumat mənbələri üçün saxta, ya müasir dillə desək "fake” məlumatların yayılması adi hal olub. "Fake” xəbərlər və saxta videolar erməni tərəfinin informasiya müharibəsinin əsas silahına çevrilib.

Son bir ayda Azərbaycan sərhədçisi formasında suriyalı silahlıların olması mövzusu Ermənistan hakimiyyət orqanlarının Rusiya və Qərbin bir sıra mediasında yayılan sevimli "fake”lərindəndir. Erməni təsiri altına düşən əcnəbi jurnalistlər də bu məlumatlara inanır və hətta yoxlamağa belə tənəzzül etmirlər.

Məsələn, materiallarda gedən "muzdluların” adlarının bir neçə il əvvəl öldürülən suriyalıların açıq siyahısında olduğu dəfələrlə sübut edilib.

 

Bu günə qədər erməni tərəfi nəinki əhəmiyyətli dəlillər təqdim etməyiblər, hətta İŞİD üzvü olan suriyalı terrorçuların marketlərə soxularaq araq şüşələrini qırdıqları, bundan başqa "öldürülən muzdluların” cəsədlərinin "Araks bataqlığında” qabanların parçaladığına dair ağlasığmaz ifadələri ilə məşhur olublar.

Sonra informasiya məkanını Ermənistan hakimiyyətinin əsassız açıqlamalarını guya təsdiqləyən saxta video kliplər dalğası bürüdü. Halbuki belə bir videonun hazırlanması çox zəhmət tələb etmir, bunun üçün Suriyadakı döyüşlər haqqında internetdə tapılması asan olan video materiallardan istifadə etmək, sonra titrlər qoymaq və redaktə etmək kifayətdir. Yaxşı səy göstərilsə, peşəkar səs aktyorluğu və səhnə qurmaqla daha inandırıcı material yaratmaq mümkündür.

"Karabakh is Azerbaijan” "Telegram” kanalının təşəbbüs qrupunun hazırladığı nümunədə terrorçular barədə "fake” materialı hazırlamağın nə qədər asan olduğunu görmək olar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:47 05.12.2020

Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

15:42 05.12.2020

Yeni ildə 5 gün evdəyik - RƏSMİ

14:49 05.12.2020

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti mitinq başlayır - VİDEO

14:36 05.12.2020

Ermənilər hərbi musiqini belə Türkiyə filmindən oğurlayırlar - AUDİO

14:31 05.12.2020

Rasim Musabəyovun açıqlaması sosial şəbəkələrdə də hiddətlə qarşılandı

14:19 05.12.2020

50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO

14:11 05.12.2020

Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans keçirilib - Fotolar

13:51 05.12.2020

II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR

13:36 05.12.2020

"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı

13:17 05.12.2020

Xudavəngin dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu

13:13 05.12.2020

Ədalət Vəliyev dörd siyasi partiya sədri ilə videokonfrans formatında görüş keçirib

12:59 05.12.2020

Rusiyada daha 28 782 nəfər koronavirusa yoluxdu

12:50 05.12.2020

Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın “kokain diplomatiyası”

12:44 05.12.2020

"Laçında Azərbaycan Himni oxundu və Şanlı Bayrağımız dalğalandı"

12:29 05.12.2020

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ

12:25 05.12.2020

Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ