06:56 Bazar Ertəsi, 14 Oktyabr 2019
SOSİAL

Əsgərlikdən qayıdan gənc adam öldürdü - VİDEO

14:56, 10.10.20193971
Əsgərlikdən qayıdan gənc adam öldürdü - VİDEO
Yevlaxda 17 yaşlı gənc öldürülüb.
 
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, qətl rayonun Havarlı kəndində törədilib.

Kənd sakini - 2002-ci il təvəllüdlü Rasim Abid oğlu Nəzərov qonşusu - bir həftə öncə hərbi xidmətdən gələn Bəkirov Yasin Göyüş oğlu ilə mübahisə edib.

Bu zaman Yasin Bəkirov Rasimin ürək nahiyəsinə bıçaqla zərbə endirib. Xəstəxanaya çatdırılan 17 yaşlı Rasim Nəzərovun həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən yaralı orada həyatını itirib.

Yasin Bəkirov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
 

XƏBƏR LENTİ