06:14 Bazar Ertəsi, 14 Oktyabr 2019
DÜNYA

Evdən qaçan 1 ilin gəlini görün haradan tapıldı...

23:22, 12.09.201911587
Evdən qaçan 1 ilin gəlini görün haradan tapıldı...
Türkiyənin Kütahya vilayətində ərdə olan bacılar Ayşen Daşqın ilə Reyhan Keçişin bazar günü həyat yoldaşılarına məktub yazaraq evdən qaçdıqları barədə məlumat vermişdik.

"İtkin" bacılar tapılıblar.

Ər evindən qaçan 4 illik evli Ayşen Daşqın (22) ilə 1 il öncə ailə həyatı quran bacısı R.K. (17) PUBG internet oyununda tanış olduqları H.Y. adlı kişinin Osmaniyədəki evindən tapılıblar.

Gəlinlər heç kimin onları zorla qaçırıb aparmadığını deyiblər. Onlar öz razılıqları ilə Kütahyadan Osmaniyəyə gəldiklərini də sözlərinə əlavə ediblər. Polis tərəfindən ifadələri alınan gəlinlər sərbəst buraxılıblar.

Qeyd edək ki, gəlin bacılar evdən qaçmamışdan öncə ərlərinə "Mənimlə maraqlanmadan çayxanalara getdin. Evlilik buraya qədər" və "Getdiyin işə görə dəyişdin. Səni daha istəmirəm" yazılmış məktublar qoyublar.
///Unikal.org
XƏBƏR LENTİ