14:35 Cümə Axşamı, 20 Fevral 2020
DÜNYA

Eyfel qülləsi bağlandı

19:40, 24.01.20205564
Eyfel qülləsi bağlandı

Parisdə Eyfel qülləsi bağlanıb.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, buna işçilərin tətili səbəb olub. Qeyd olunur ki, Eyfel qülləsinə gələn turistlərin təhlükəsizliyi lazımi səviyyədə təmin olunmayacağı üçün qülləni müvəqqəti bağlamaq qərarı verilib.

Eyfelin nə zaman açılacağı məlum deyil.

Qeyd edək ki, Fransada ötən ilin dekabrından bəri pensiya islahatı ilə əlaqədar etirazlar və tətillər davam edir.

XƏBƏR LENTİ